Azərbaycanın yükdaşımadakı payı azalıb
Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu ilin III rübündə Gürcüstanın dəmir yolu nəqliyyatı vasitəsilə 4,1 milyon ton yük daşınıb ki, bu da illik müqayisədə 16,8% çoxdur.
Gununesi.info xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Yüklərin 5,7%-ni ölkədaxili, 32,1%-ni beynəlxalq, 62,1%-ni isə tranzit daşımaları təşkil edib.
Hesabat dövründə Gürcüstan ərazisinə daxil olan dəmir yolu yüklərinin 22,1%-i Azərbaycandan, 22,2%-i isə Rusiyadan göndərilib. Yük göndərən digər ölkələrin ümumi payı 55,7% olub.
Azərbaycanın Gürcüstan dəmir yolları ilə daşınan yüklərdə payı rüblük müqayisədə 0,6%, illik nisbətdə isə 9,9% azalıb.
İyul-sentyabrda yüklərin 24,4%-i Ermənistana, 8%-i Qazaxıstana, 7%-i isə Rusiyaya göndərilib. Digər ölkələrin ümumi payı 60,6%-ə bərabər olub.
Yüklərin 34,7%-ni koks və emal olunmuş neft məhsulları, 21,5%-ni kimyəvi maddələr, kimyəvi məhsullar və süni liflər, rezin və plastik məmulatlar, 11,5%-ni isə ərzaq məhsulları, içkilər və tütün təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 19 Noyabr 2026 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















