Milan dan Bruno Fernandeş həmləsi
Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
"Milan" gələn yay "Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeşi heyətinə qatmağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
İtaliya klubu portuqaliyalı futbolçunun müqaviləsi ilə bağlı vəziyyəti gündəmdə saxlayır. Çünki Fernandes və "Mançester Yunayted" arasındakı danışıqlar hazırda dalana dirənib.
İngiltərə klubu bir neçə aydır ki, futbolçu ilə razılığa gəlməyə çalışır, lakin o, son iki təklifi rədd edib. 32 yaşlı yarımmüdafiəçinin hazırkı müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədədir və əlavə bir mövsüm üçün uzadılma seçimini də ehtiva edir. Buna baxmayaraq, futbolçu gələcəyi ilə bağlı digər variantları da nəzərdən keçirməyə açıqdır.
"Milan" ümid edir ki, gələn mövsüm Çempionlar Liqasında çıxış etmək perspektivi portuqaliyalı oyunçunun diqqətini cəlb edə bilər. Digər bir amil isə "Mançester Yunayted"də birlikdə çalışdıqları dövrdən Fernandeşi yaxşı tanıyan Ruben Amorimin komandada olmasıdır. Üstəlik, hər ikisinin təmsilçisi eyni agentlikdir.
Qırmızı-qaralar" ötən yay da yarımmüdafiəçini transfer etmək imkanını araşdırmışdı. Digər tərəfdən, Maurisio Poçettinonun "Mançester Yunayted"in baş məşqçisi təyin olunması ehtimalı transferi çətinləşdirə bilər. Çox güman ki yeni baş məşqçi Fernandeşi Premyer Liqada qalmağa inandırmağa çalışacaq.
Qeyd edək ki, portuqaliyalı bu mövsüm 15 oyunda meydana çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 23 Noyabr 2026 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















