Çap mediasına dəstək üçün yeni müsabiqə ELAN EDİLDİ
Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Media və Yayım Şurası çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edib.
Bu barədə Lent.az-a Şuradan məlumat verilib.
Bildirilib ki, Media Reyestrinə daxil edilmiş ictimai-siyasi qəzetlər müsabiqədə iştirak edə bilərlər.
Qeyd edilib ki, müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikası Media və Yayım Şurasına təqdim edilməlidir.
"Müsabiqənin yekununda qalib elan edilmiş qəzet redaksiyaları ilə Şura arasında maliyyə yardımının göstərilməsinə dair 6 (altı) ay müddətinə müqavilə imzalanır.
Şura tərəfindən qəzetlərin həftədə bir nömrəsinin çapına dəstək məqsədilə aylıq 5000 (beş min) manat, qəzetlərin eyniadlı veb-saytlarına isə aylıq 3000 manat məbləğində maliyyə yardımı göstərilir. Veb-saytın əsaslı yenilənməsi nəzərdə tutulduğu halda, ilk ay üçün maliyyə yardımı 5000 manat təşkil edir.
Qeyd edək ki, müsabiqəyə 30 noyabr 2026-cı il saat 18:00-dək müraciət etmək mümkündür.
Müsabiqənin qaydaları ilə buradan tanış ola bilərsiniz", - məlumatda qeyd olunub.
Baxış sayı:118
Bu xəbər 23 Noyabr 2026 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















