“Milan” dəyəri beş dəfə artan Romanonu transfer etmək istəyir
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Milan” “Kalyari”nin yarımmüdafiəçisi Alessandro Romanonu heyətinə qatmaq istəyir.
İdman.Biz “Calciomercato”ya istinadən xəbər verir ki, baş məşqçi Ruben Amorim gənc futbolçunun sürətli inkişafından razıdır və klub onun transferi üçün fəal çalışır.
2006-cı il təvəllüdlü Romano cari mövsümə uğurlu başlayıb. O, A Seriyasındakı debütündə “Parma”ya qol vurub və “Kalyari”nin əsas heyətində möhkəmlənib. Futbolçunun çıxışı İtaliya millisinin də diqqətini çəkib və o, yığmaya ilk dəfə dəvət alıb.
Romanonun keçmiş klubu “Roma” isə futbolçunun yayda 6,5 milyon avroya (13 milyon manat) qədər olan paket qarşılığında satışından sonra peşmanlıq yaşayır. Klub maliyyə tələblərini qarşılamaq üçün bu transferə razı olub.
“Milan” Romanonu İtaliya – Belçika matçında izləmək üçün skautlarını da göndərib. “Yuventus”, “İnter” və bir neçə La Liqa klubu da gənc futbolçu ilə maraqlanır.
“Kalyari” prezidenti Tommazo Culini isə ciddi təklif gəlməyəcəyi halda Romanonu yanvarda satmaq niyyətində deyil.
Məlumata görə, futbolçunun bazar dəyəri qısa müddətdə təxminən 20-25 milyon avroya (40-50 milyon manat) yüksəlib. Beləliklə, Romano cəmi bir neçə ay ərzində transfer dəyərini təxminən beş dəfə artırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 24 Sentyabr 2026 20:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















