“Milan” və “Yuventus” xal itirdi, “Latsio” qalib gəldi
Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.
İtaliya A Seriyasında VI turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, günün diqqətçəkən qarşılaşmalarından birində “Milan” səfərdə “Sassuolo”nun qonağı olub.
Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qolsuz başa çatan ilk hissədən sonra hesabı Milan təmsilçisi açıb. Luka Modriçin ötürməsindən sonra Adrien Rabyo 63-cü dəqiqədə fərqlənib. Lakin beş dəqiqə sonra Kas Odental hesabı bərabərləşdirib.
“Roma” səfərdə “Komo” ilə qarşılaşıb. Paytaxt təmsilçisi ikinci hissənin əvvəlində Doniell Malenin qırmızı vərəqə alması ilə azlıqda qalsa da, qolsuz heç-heçəyə nail olub.
“Latsio” doğma meydanda “Montsa”nı 3:1 hesabı ilə məğlub edib. Meydan sahiblərinin heyətində Nunu Tavareş, Qustav İsakson və Andrea Pinamonti fərqləniblər. Qonaqların yeganə qolunu isə Saba Qoqlicidze vurub.
“Bolonya” səfərdə “Leççe”ni 2:1 hesabı ilə məğlub edib.
Günün son qarşılaşmasında “Kalyari” və “Yuventus” üz-üzə gəlib. Bu görüşdə də qalib müəyyənləşməyib – 1:1.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “İnter” “Parma”nı, “Napoli” isə “Frozinone”ni 3:0 hesabı ilə məğlub edib. “Cenoa” da “Fiorentina” üzərində 2:1 hesablı qələbə qazanıb. Altı turdan sonra “İnter” və “Latsio” 16 xalla turnir cədvəlinin ilk iki pilləsini bölüşürlər.
“Çelsi”dən darmadağın, “Yunayted” xal itirdi “Fənərbaxça” və “Trabzonspor”dan inamlı qələbə İspaniyada qalmaqal – La Liqa matçı yarımçıq dayandırıldı “Qalatasaray” 3 xalı 3 qolla qazandı “Le Klassika”da parislilər sevindi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 12 Oktyabr 2026 00:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















