“Milan”ın sabiq futbolçusu Saakaşvilini satqın adlandırdı
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tbilisi meri, vaxtilə İtaliyanın “Milan” klubunda çıxış etmiş Kaxa Kaladze məhkəmədə çıxış edən Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin açıqlamalarına münasibət bildirib.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, Saakaşvili çıxışında “diktaturanın mütləq devriləcəyini”, gürcü xalqının isə “azadlıq, demokratiya, qələbə və uğur üçün doğulduğunu” deyib.
Kaladze isə Saakaşvilini “ölkəsinə xəyanət edənlərin necə başa çatdığının yaxşı nümunəsi” adlandırıb.
Tbilisi meri bildirib ki, Saakaşvili “Gürcüstan xalqına və Gürcüstana məxsus deyil” və başqa ölkənin maraqlarına xidmət edir. Kaladze eyni zamanda Gürcüstanda söz və fikir azadlığının qorunduğunu, lakin qanunun pozulmasının sərt reaksiya ilə nəticələnəcəyini vurğulayıb.
“Ölkədə söz və ifadə azadlığı qorunur və hər kəs müxtəlif məsələlərə münasibətini bildirə bilər. Lakin kimsə qanunu pozarsa, bu, əlbəttə, çox sərt reaksiya ilə nəticələnəcək”, – deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 29 Sentyabr 2026 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















