Icma.az
close
up
RU
Milla Gürcüstan bazarında uğurla yerini tutaraq mövqeyini möhkəmləndirir

Milla Gürcüstan bazarında uğurla yerini tutaraq mövqeyini möhkəmləndirir

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Azərbaycanın süd məhsulları sahəsində lider brendi "Milla" beynəlxalq bazarlarda yeni bir zirvəyə imza ataraq, Gürcüstan bazarında uğurla yerini möhkəmləndirir. Artıq bu ilin əvvəlindən etibarən, "Milla" məhsulları "Carrefour", "Spar", "Goodwill" kimi tanınmış supermarket zəncirlərində Gürcüstan istehlakçılarına təqdim olunur. Bu uğur, "Milla" brendinin məhsulları ilə xarici bazarlarda rəğbət qazanmaq məqsədini bir addım irəli aparır.

"Milla Dairy" şirkətinin direktoru Azər Vahabzadə bu nailiyyətlərdən danışıb:

"Milla" brendimizin Gürcüstan bazarında yerini möhkəmləndirməsi, təkcə "Milla" üçün deyil, həm də Azərbaycan məhsullarının beynəlxalq bazarda rəqabət qabiliyyətinin artması baxımından əhəmiyyətlidir. Biz inanırıq ki, məhsullarımız Gürcüstanda da müştərilərin sevgisini qazanacaq".

"Milla" Gürcüstan bazarında hazırda beş əsas kateqoriyada 30-dan çox məhsul təqdim edir və bu rəngarəng çeşidlə müştəri bazasını sürətlə genişləndirir. Şirkət müxtəlif zövqləri nəzərə alaraq, keyfiyyəti ilə seçilən süd məhsulları və yoğurtlarla rəflərdə özünəməxsus yer tutur.

Noyabr ayından başlayaraq "Milla" brendi Gürcüstan bazarında genişmiqyaslı marketinq kampaniyasına start verib. "Möhürü tap, keyfiyyəti tap" şüarı ilə həyata keçirilən kampaniya vasitəsilə, məhsulların yüksək keyfiyyət standartları barədə istehlakçılara ətraflı məlumat çatdırılır. Bu təşəbbüs, təkcə bazar payını artırmaqla kifayətlənmir, həm də "Milla" məhsullarını Gürcüstanda keyfiyyət simvoluna çevirir.

"Milla" məhsulları Gürcüstan bazarına sürətlə inteqrasiya olunaraq, alıcılar tərəfindən yüksək qiymətləndirilir. Keyfiyyət, ləzzət və müasir standartlara uyğunluq "Milla" brendini qonşu bazarda unikal edir. Şirkət qarşıdakı dövrdə mövqeyini daha da gücləndirməyi və Gürcüstan istehlakçılarının ilk seçiminə çevrilməyi hədəfləyir.

2011-ci ildən fəaliyyət göstərən "Milla", yerli bazarda ən çoxçeşidli süd məhsulları ilə tanınır. Hazırda şirkət 100-dən çox məhsul istehsal edir və yaxın gələcəkdə gündəlik çiy süd emalı gücünü 400 tona çatdırmağı hədəfləyir. Bu uğur, təkcə "Milla"nın deyil, həm də Azərbaycanın qeyri-neft ixrac portfelinin zənginləşməsi və ölkə brendlərinin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 Dekabr 2024 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri