Icma.az
close
up
RU
Millət vəkili: Azərbaycanda din üzərindən problem yarada bilməyəcəklər!

Millət vəkili: Azərbaycanda din üzərindən problem yarada bilməyəcəklər!

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə təriqət məsələsi ilə bağlı ifadə etdiyi mövqe son dərəcə aydın və ölkənin gələcəyi üçün strateji baxımdan olduqca əhəmiyyətlidir. Bu mövqe ciddi şəkildə təbliğ olunmalıdır”. 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa bunu TodayPress TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda dövlətin din sahəsində apardığı siyasət modern və dünyəvi prinsiplərə əsaslanır:

“XXI əsrdə hansı ağılsız və ya anormal insan məzhəb və təriqət üzərindən düşmənçilik yarada bilər? Bu əsrin öz dəyərləri, insan haqları və demokratiya ilə bağlı geniş təsəvvürləri var. Prezident İlham Əliyev də buna işarə edir ki, biz modern, çağdaş dövlətik və burada inanc, vicdan azadlığı sərbəstdir. Eyni zamanda, kiminsə təriqətinə və məzhəbinə görə bölünməsi və yaxud da bir-birinə nifrət bəsləməsi mümkün deyil. Azərbaycanda dövlət siyasəti də məhz bu prinsiplər əsasında həyata keçirilir.

Bəzi xarici ölkələrdən yönəlik ideoloji təsirlər, təriqətçilik meyilləri və parçalanma cəhdləri müşahidə edilsə də, bunlar Azərbaycan cəmiyyətində ciddi qarşılıq tapmır. Bu da onu göstərir ki, Azərbaycanda hansısa ölkənin təsiri ilə məzhəb və ya təriqət düşmənçiliyi vasitəsilə din üzərindən problem yaratmaq mümkün deyil. Cəmiyyətin əksər hissəsi sağlam düşüncəyə malikdir və dövlətin tolerant baxışına uyğun münasibət sərgiləyir. Çünki anlayırlar ki, dinin ən yaxşı şəkildə yaşandığı rejim məhz dünyəvi dövlətdir. Dünyəvi dövlət olmaq Azərbaycanın ən böyük qazancıdır”.

Deputat bildirib ki, dünyəvi dövlət fərdlərin inanc azadlığını qoruyur, lakin bu azadlıq heç vaxt başqalarının hüquqlarını pozmaq və ya dini əsasda ziddiyyət yaratmaq üçün vasitəyə çevrilməməlidir:

“Dünyəvi dövlətin mahiyyəti budur ki, məsələn, başqa bir ölkədə kimsə inəyə ibadət edir. Ona nə qədər izah etsən ki, inəyə ibadət etmək doğru deyil, yalnız bir Allah var və ona inanmalısan, o, yenə də öz inancında qalacaq. Məzhəblər və təriqətlər də belədir. Amma elə dəyərlər var ki, onlar ümumiləşdirici xarakter daşıyır. Yəni sən öz daxilində nəyə inanırsansa inan, amma cəmiyyət modelində artıq tək Allah və onun göndərdiyi kitab əsasında mühakimə yürütməyə məhkumsan. Çünki hər kəs dini öz anladığı şəkildə yaşamağa və başqalarından da bunu tələb etməyə başlasa, bu, cəmiyyətdə ciddi ziddiyyətlərin yaranmasına səbəb ola bilər.

Ona görə də Prezident İlham Əliyevin bu mövqeyi əslində, dünyəvi dövlətin mahiyyətinin daha aydın şəkildə çatdırılması ilə bağlıdır. Yəni, başqa ölkələrdə müşahidə olunan zorakı İslam, insanların məcburi şəkildə başörtüsünə və ibadətə cəlb olunması kimi hallar Azərbaycanda yoxdur. Dində “vəhdət namazı” adlı xüsusi ibadət forması olmasa da, bu cür təşəbbüslər qardaşlıq, birlik və dini münasibətlərin yumşaldılmasına xidmət edirsə, əlbəttə ki, faydalıdır. Bu istiqamətdə xüsusilə Qafqaz Müsəlmanları İdarəsinin Aşura günündə qanvermə aksiyası təşkil etməsi və Şeyxülislam Allahşükür Paşazadənin şəxsən həmin tədbirlərdə iştirak etməsi Azərbaycanda radikal dini baxışların yer tutmasına imkan vermir. Çünki cəmiyyətin böyük çoxluğu dini radikalizmə qarşı çox sərt mövqe sərgiləyir”.

Millət vəkili izah edib ki, insan inancını yaşaya, vicdan azadlığı çərçivəsində dəyərlərini qoruya bilər, amma bunu dünyəvi dövlətin çərçivəsini pozmadan, başqalarının hüquqlarına zərər yetirmədən etməlidir. Əgər belə meyllər ortaya çıxarsa, bunun həm dövlətin qanunları, həm də cəmiyyətin ictimai qınağı ilə ciddi şəkildə qarşısı alınacaq. Ona görə də Prezident İlham Əliyevin bu məsələdə qətiyyətlə və açıq şəkildə mövqe ifadə etməsi digərləri üçün də bir referans, yol göstəricidir.

Fazil Mustafa bu məsələnin bundan sonra da həssaslıqla izlənilməli olduğunu düşünür. Lakin millət vəkili təbliğat məsələsində bir çox hallarda xarici ölkələrin seqmentlərindən geri qaldığımızı deyib. Ona görə də daha savadlı din xadimlərinə, ilahiyyatçı alimlərə ehtiyac var. Onların sayı hazırda elə də çox deyil.

“İlahiyyat İnstitutu yaradılıb, bir sıra addımlar atılıb. Amma din sahəsində məqsədyönlü fəaliyyət göstərən, təriqət və məzhəb faşizminə qarşı ideoloji müqavimət göstərə bilən alimlərin yetişdirilməsinə xüsusi diqqət ayrılmalıdır. Bu mütəxəssislər radikal axınlara qarşı təsirli təbliğat aparmalı, dini düşüncənin sağlam əsaslar üzərində formalaşmasına xidmət etməlidirlər”, – deyə parlamentari fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bu mövzuya xüsusi toxunaraq təriqət məsələsində Azərbaycanın mövqeyini belə ifadə edib:

“Azərbaycanlıların mütləq əksəriyyəti üçün təriqət məsələsinin ümumiyyətlə yeri yoxdur, heç 100-cü yerdə də deyil. Azərbaycanlılar etnik qrup kimi İslamın müxtəlif qollarından olan nümayəndələrdən ibarətdir. Lakin biz hamımız etnikliyimizlə, dilimizlə və dövlətimizlə birləşmişik. Təkcə müsəlmanlar deyil, Azərbaycanda digər dinlərin nümayəndələri də özlərini eyni cür hiss edirlər. Müstəqillik dövründə bu sahədə gördüyümüz işlər həmin müsbət tendensiyaları gücləndirməkdən ibarət olub. Azərbaycan şiə və sünni müsəlmanların eyni vaxtda eyni məsciddə ibadət etdikləri az sayda ölkələrdən biridir. Biz fərq qoymuruq. Biz düşünürük ki, müsəlman dünyası üçün ən böyük təhlükə təriqətlərə ayrılmaqdır”.

Qiymət Mahir

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 Avqust 2025 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see458

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see295

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see290

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see285

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see276

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see275

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see273

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see267

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see230

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see227

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see222

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see219

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see214

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see209

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see202

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see197

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see180

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see173

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see171

Tramp: Bugünkü zərbələr İranın radarlarını hədəf seçib

01 Sentyabr 2026 23:40see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri