Icma.az
close
up
RU
Millət vəkili Berdiməhəmmədovun təklifini DƏSTƏKLƏDİ

Millət vəkili Berdiməhəmmədovun təklifini DƏSTƏKLƏDİ

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Türk dövlətləri ilə birgə tələbə təqaüdləri təşkil oluna bilər". Bu fikri Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə səsləndirib.

Redaktor.az-a açıqlamasında ADA Universitetinin İcraçı prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirdi ki, bu, həqiqətən də çox önəmli və dəyərli bir təşəbbüsdür:

"Belə təşəbbüslər türk dünyasının ortaq gələcəyi və daha sıx inteqrasiyası baxımından əhəmiyyət daşıyır. Çünki bizim dövlətlər və xalqlar arasında nə qədər çox akademik mübadilə, birgə proqramlar və tələbə hərəkatı olsa, eləcə də gənclər arasında kontaktlar nə qədər çox artsa, qarşılıqlı anlaşma və əməkdaşlıq da bir o qədər dərinləşər. Bu cür əlaqələr təkcə təhsil sahəsində deyil, iqtisadiyyat, siyasət, mədəniyyət və digər sahələrə də müsbət və uzunmüddətli təsir göstərir. Akademik əməkdaşlıq gənc nəsillər arasında ortaq dəyərlərin paylaşılmasına, bir-birini daha yaxından tanımağa və etimadın formalaşmasına imkan yaradır. Əslində, bu istiqamətdə Azərbaycan tərəfindən də bir sıra təşəbbüslər irəli sürülüb".

Millət vəkili əlavə etdi ki,  dövlətimiz uzun illərdir xarici ölkələrin, xüsusən də qonşu və müsəlman dövlətlərin vətəndaşları üçün müxtəlif təqaüd proqramları həyata keçirir:

"Bu proqramlar sayəsində bir çox tələbə ölkəmizdə təhsil alaraq, həm elmi biliklərə yiyələnir, həm də Azərbaycan reallığını yaxından tanıyır. O baxımdan, türk dövlətləri arasında ortaq təqaüd və təhsil proqramlarının qurulması həm mövcud əlaqələrin möhkəmləndirilməsinə, həm də gələcək nəsillərin ortaq kimlik və dəyərlərlə yetişdirilməsinə mühüm töhfə verə bilər. Bu səbəbdən, bu təklifi tam dəstəkləyir və çox müsbət qarşılayıram", - deyə Fariz İsmayılzadə sonlandırdı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Oktyabr 2025 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see415

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see278

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see277

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see275

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see261

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see257

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see243

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see237

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see234

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see212

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see202

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see197

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see196

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see192

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see191

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see191

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see183

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see168

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see168

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri