Icma.az
close
up
RU
Millət vəkili: “İlham Əliyev Qəbələ Zirvəsini Qələbə Zirvəsinə çevirdi”

Millət vəkili: “İlham Əliyev Qəbələ Zirvəsini Qələbə Zirvəsinə çevirdi”

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AzVision.az millət vəkili Sahib Alıyevin çıxışını sizə təqdim edir.
- Bu günlərdə baş verən, yaxın və orta perspektivdə regiondakı proseslərin gedişinə önəmli təsir göstərəcək iki olay haqda öz fikirlərimi bildirmək istəyirəm. Onlardan birincisi Qəbələdəki Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü idi. Zirvənin keçirildiyi gün və yer o dərəcədə dəqiqliklə seçilmişdi ki, dövlət başçımızın nəyi, necə, nə vaxt etməklə yanaşı, onu harada etməyi də dəqiq bildiyini görməmək mümkünsüzdür.
Detallara varmaq istəmirəm, amma ən azından burada əyləşən hər kəsə aydındır ki, iyulun 6-da TDT-nin qeyri-rəsmi Zirvəsinin Şuşada keçirilməsi kimi rəsmi Zirvəsinin Qəbələdə baş tutması da, orada dövlət başçımızın gələn il Azərbaycanda birgə hərbi təlim haqda təklifi də səbəbsiz deyildi. Cənab İlham Əliyev Zirvədəki çıxışının lap əvvəlində Azərbaycanın qədim şəhəri Qəbələnin eramızdan əvvəl IV əsrdə əsası qoyulmuş, 12 əsr mövcudluğunu saxlamış Qafqaz Albaniyasının paytaxtı olmasını da, onun geniş coğrafiyanı əhatə etməsini də elə-belə xatırlatmırdı. Azərbaycan haqda təkəbbürlə danışanlar yəqin öz dövlətçilik təcrübələrini də göz önünə gətirib dərslərini aldılar.
Rusiyanın oradakı RLS-nin 2012-ci ilin dekabrında fəaliyyətini dayandırdıqdan sonra həm də ekoloji xarakterli təhdidlərin aradan qaldırıldığı Qəbələdəki Zirvə, fikrimcə, eyni zamanda Qələbə Zirvəsi idi. Ona görə Qələbə Zirvəsi idi ki, cənab Prezident hələ 2009-cu ildə Naxçıvan Sammitindəki çıxışında Zəngəzur bölgəsinin türk dünyasını coğrafi baxımdan parçalamaq niyyəti ilə Ermənistana birləşdirilməsinin bildirmiş və 10 il sonra Bakıdakı Zirvədə bunu bir daha təkrarlamışdı. İndi isə Zəngəzur dəhlizinin açılmasıyla bağlı artıq razılıq əldə edildiyini diqqətə çatdırdı ki, Qəbələ Bəyannaməsində də bu dəhlizin türk dünyası üçün strateji əhəmiyyəti vurğulanır. Daha qələbə necə olur?
Azərbaycan və Rusiya Prezidentlərinin dünən Düşənbədə bir araya gəlmələri də, fikrimcə, məhz Qəbələ Zirvəsini Qələbə Zirvəsinə çevirən siyasətin nəticəsidir. Biz heç bir dövlətlə körpülərin yandırılmasını istəmirik. Söhbət qonşu Rusiyadan gedirsə, bir çox səbəblərdən bu, heç arzuolunan deyil. Amma Kopenhagendə Makronla, indi isə Putinlə görüş göstərdi ki, cənab İlham Əliyev böyük və kiçikliyindən asılı olmayaraq hər hansı bir dövlətin qarşısında tələb irəli sürürsə, Ermənistana yanaşmada olduğu kimi öz mövqeyindən bir millimetr belə geri çəkilmir. Çünki o tələb həmişə beynəlxalq hüquqa, ədalətə, indiki halda həm də dövlətimizin yaratdığı geosiyasi reallığa və təbii ki, dəmir iradəyə dayanır.
Yeri gəlmişkən, üzə vurulmasa da, Rusiya səmasında sərnişin təyyarəmizə necə raket zərbəsi endirildiyi haqda dövlət başçımızın qarşı tərəfdən daha məlumatlı olduğu Düşənbə görüşündə açıq-aydın görünürdü.
Sahib Alıyev, millət vəkili
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://azvision.az
archiveBu xəbər 10 Oktyabr 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see205

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see173

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see166

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see161

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see136

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri