Icma.az
close
up
RU
Deputat: Prezidentlərin Düşənbə görüşü Qəbələ Zirvəsini Qələbə zirvəsinə çevirən siyasətin nəticəsidir

Deputat: Prezidentlərin Düşənbə görüşü Qəbələ Zirvəsini Qələbə zirvəsinə çevirən siyasətin nəticəsidir

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bu günlərdə baş verən, yaxın və orta perspektivdə regiondakı proseslərin gedişinə önəmli təsir göstərəcək iki olay haqda öz fikirlərimi bildirmək istəyirəm. Onlardan birincisi Qəbələdəki TDT Zirvəsi idi. Zirvənin keçirildiyi gün və yer o dərəcədə dəqiqliklə seçilmişdi ki, dövlət başçımızın nəyi, necə, nə vaxt etməklə yanaşı, onu harada etməyi də dəqiq bildiyini görməmək mümkünsüzdür. Detallara varmaq istəmirəm, amma ən azından burada əyləşən hər kəsə aydındır ki, iyulun 6-da Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvəsinin Şuşada keçirilməsi kimi rəsmi Zirvəsinin Qəbələdə baş tutması da, orada dövlət başçımızın gələn il Azərbaycanda birgə hərbi təlim haqda təklifi də səbəbsiz deyildi. Və cənab İlham Əliyev Zirvədəki çıxışının lap əvvəlində Azərbaycanın qədim şəhəri Qəbələnin eramızdan əvvəl IV əsrdə əsası qoyulmuş, 12 əsr mövcudluğunu saxlamış Qafqaz Albaniyasının paytaxtı olmasını da, onun geniş coğrafiyanı əhatə etməsini də elə-belə xatırlatmırdı. Azərbaycan haqda təkəbbürlə danışanlar yəqin öz dövlətçilik təcrübələrini də göz önünə gətirib dərslərini aldılar”.
Ölkə.az xəbər verir ki, bunu Milli Məcliisn deputatı Sahib Alıyev deyib.
Deputat əlavə edib ki, Rusiyanın oradakı RLS-nin 2012-ci ilin dekabrında fəaliyyətini dayandırdıqdan sonra həm də ekoloji xarakterli təhdidlərin aradan qaldırıldığı Qəbələdəki Zirvə, fikrimcə, eyni zamanda Qələbə Zirvəsi idi: “Ona görə Qələbə Zirvəsi idi ki, cənab Prezident hələ 2009-cu ildə Naxçıvan Sammitindəki çıxışında Zəngəzur bölgəsinin türk dünyasını coğrafi baxımdan parçalamaq niyyəti ilə Ermənistana birləşdirilməsinin bildirmiş və 10 il sonra Bakıdakı Zirvədə bunu bir daha təkrarlamışdı. İndi isə Zəngəzur dəhlizinin açılmasıyla bağlı artıq razılıq əldə edildiyini  diqqətə çatdırdı ki, Qəbələ Bəyannaməsində də bu dəhlizin türk dünyası üçün strateji əhəmiyyəti vurğulanır. Daha qələbə necə olur? 
Azərbaycan və Rusiya Prezidentlərinin dünən Düşənbədə bir araya gəlmələri də, fikrimcə, məhz Qəbələ Zirvəsini Qələbə zirvəsinə çevirən siyasətin nəticəsidir. Biz heç bir dövlətlə körpülərin yandırılmasını istəmirik. Söhbət qonşu Rusiyadan gedirsə, bir çox səbəblərdən bu, heç arzuolunan deyil. Amma Kopenhagendə Makronla, indi isə Putinlə görüş göstərdi ki, cənab İlham Əliyev böyük və kiçikliyindən asılı olmayaraq hər hansı bir dövlətin qarşısında tələb irəli sürürsə, Ermənistana yanaşmada olduğu kimi öz mövqeyindən bir millimetr belə geri çəkilmir. Çünki o tələb həmişə beynəlxalq hüquqa, ədalətə, indiki halda həm də dövlətimizin yaratdığı geosiyasi reallığa və təbii ki, dəmir iradəyə dayanır. Yeri gəlmişkən, üzə vurulmasa da, Rusiya səmasında  sərnişin təyyarəmizə necə raket zərbəsi endirildiyi haqda  dövlət başçımızın qarşı tərəfdən daha məlumatlı olduğu Düşənbə görüşündə açıq-aydın görünürdü”.
Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Oktyabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri