Icma.az
close
up
RU
Millət vəkili Orhan Erdem: Azərbaycanla Türkiyənin mövqeyi ortaqdır: həm güclü, həm də haqlısan Video

Millət vəkili Orhan Erdem: Azərbaycanla Türkiyənin mövqeyi ortaqdır: həm güclü, həm də haqlısan Video

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan xalqının lideri cənab İlham Əliyevi və onun həmkarlarını, Azərbaycan ordusunu səmimi qəlbdən təbrik edirik. Otuz ildən çox müddətdən sonra, ərazisinin təxminən iyirmi beş faizi Ermənistanın işğalı altında qaldıqdan sonra bunu böyük bir qələbə ilə, daha sonra iyirmi dörd saatlıq hücumla müəyyən bir nöqtəyə çatdırdılar və çox qısa müddətdə bu torpaqları qurmağa başladılar. Gedib bu yerləri gördük. Belə bir şey nadir hallarda olur. O yollar, hava limanları geri qayıdanlar üçün təmin ediləcək. Evlərin, universitetlərin və məktəblərin açılışını gördük. Çox məmnun olduq. Böyük bir nümayəndə heyəti ilə səfər etdik. Həqiqətən də görməyə dəyər”.

Bu barədə Bizimyol.info xəbər portalına Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisi (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini, AK Parti Konya millət vəkili Orhan Erdem danışıb. Millət vəkili qeyd edib ki, işğaldan azad edilmiş torpaqlarda əldə edilən böyük irəliləyişi öz gözləri ilə görüb.

Orhan Erdem / Foto: Orxan, Bizimyol.info

Orhan Erdemin fikrincə, bu qələbə Türk dövlətlərində özünəinamı gücləndirdi.

“Azərbaycan təkcə o torpaqlarda həlak olan şəhidin və ya yurdundan didərgin düşən vətəndaşın haqqını almadı, eyni zamanda bütün Türk dövlətləri bir-birini qucaqlamaq üçün daha böyük fürsət qazandı. Türk Dövlətləri Təşkilatı bu qələbədən sonra mövqe qazandı. Əlbəttə ki, bu baxımdan qardaş ölkə Türkiyənin Azərbaycanla bir yerdə olması çox vacibdir. Cənab İlham Əliyevin sözlərini heç vaxt unutmayacağam. “Əgər bu qələbəni qazanmışıqsa, qardaşım Rəcəb Tayyib Ərdoğanın “əgər başqa bir ölkənin təyyarəsi havaya qalxarsa, bu müharibəyə qarışarsa, Türk təyyarələri havaya qalxmağa hazırdır. Onun "F16-lar buradadır” dediyi gün rahatladıq və qələbəni daha da qətiyyətli addımlarla qazandıq” demişdi. Bu sözlər həqiqətən də, bir-birimizi nə qədər daha çox qucaqlayıb, bir yerdə dayanmalı olduğumuzu göstərir”-deyə millət vəkili bildirib.

Orhan Erdem qeyd edib ki, hazırda dünyada ədalət, insan haqları, qanunun aliliyi yoxdur və Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı kimi təşkilatların sadəcə adı var.

“Qarabağda haqlı olan Azərbaycanın ehtiyac duyduğu diqqət 3o il başqa istiqamətə yayındırıldı. Şimali Kipr Türk Cümhuriyyəti məsələsi 1974-cü ildən bəri uzanır. Güclüsənsə, haqlısan. Amma Azərbaycanın da, Türkiyənin də mövqeyi belədir: həm güclü, həm də haqlısan.

Digər ölkələrdən fərqli olaraq, bizdə insanları haqsız yerə, lakin güclü şəkildə əzən bir zehniyyət yoxdur. Bizim fərqimiz budur və bu baxımdan dünyanın hər bir ölkəsinə kömək etməyə çalışırıq. Azərbaycanın Pakistanla mövqeyi, Türkiyə, Azərbaycan və Pakistanın bu çərçivədə imzalayacaqları bir ittifaq bağlamaq qərarları... Bir sözlə, bu qələbə həm də Türk Dövlətlərinin qələbəsi sayılar, məncə”-deyə Orhan Erdem bildirib.

Orxan Musa - İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Dekabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see290

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see287

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see227

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see197

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see186

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see160

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see153

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see150

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see149

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see143

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri