Millət vəkili Səbinə Xasayeva Xocəsən bələdiyyəsində vətəndaşları qəbul edib
Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Martın 5-də 11 saylı Binəqədi-Qaradağ seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva Binəqədi rayonun Xocəsən bələdiyyəsinin inzibatı binasında seçiciləri ilə növbəti görüşünü keçirib..

Newscenter.az xəbər verir ki, deputat görüşdə seçicilərin müraciətlərini dinləyib, onlara lazımi tövsiyələr verilib və onları maraqlandıran sualları cavablandırıb. Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri Milli Məclisin deputatı tərəfindən nəzarətə götürülüb.
Seçicilər onlara göstərilən diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını ifadə edib, onları narahat edən məsələlərin tezliklə həllini tapacağına əminliklərini bildiriblər.

Qəbulda Binəqədi rayon icra hakimiyyəti başçisinin Xocəsən qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Ramiz Həsənzadə və Binəqədi rayon Xocəsən bələdiyyəsinin sədri Nigar Məmmədova iştirak ediblər.
Süleyman

Millət vəkili Səbinə Xasayeva Xocəsən bələdiyyəsində vətəndaşları qəbul edib
06 Dekabr 2024 15:29
Millət vəkili Səbinə Xasayeva Biləcəridə bir qrup vətəndaşı qəbul edib
15 Yanvar 2025 14:43
Millət vəkili Səbinə Xasayeva Lökbatanda seçiciləri ilə növbəti görüşünü keçirib
27 Yanvar 2025 11:21
Səbinə Xasayeva Lökbatan qəsəbəsində vətəndaşları qəbul edib
18 Dekabr 2024 12:05
