Icma.az
close
up
RU
Millət vəkili: Zəfər Günü dövlətimizin əzmini, qüdrətini əks etdirən şanlı səhifəmizdir

Millət vəkili: Zəfər Günü dövlətimizin əzmini, qüdrətini əks etdirən şanlı səhifəmizdir

Icma.az bildirir, Moderator.az portalına istinadən.

"8 noyabr Zəfəri Azərbaycan tarixinin müstəsna mühüm hadisələrindən biri, son 200 illik tariximizdə isə, heç şübhəsiz ki, xalqımızın əzmi, dövlətimizin qüdrətinin inikasını dolğun əks etdirən ən şanlı səhifəmizdir".

Moderator.az xəbər verir ki, bu sözləri millət vəkili Bəhruz Məhərrəmov  deyib.

Onun sözlərinə görə,  Zəfərimizlə Azərbaycan cənab İlham Əliyevin liderliyində ermənilərə, son yüz ildə Ermənistana havadarlıq edən iri güclərə qalib gəlməklə regionun tarixi inkişaf konsepsiyasını dəyişdi:

"Ulu Öndər Heydər Əliyev hələ 1998-ci ilin 18 oktyabr tarixində baş tutan andiçmə mərasimində bəyan etmişdi ki, “Azərbaycanın sərhədlərinin bütövlüyü, ərazi bütövlüyü bizim üçün müqəddəsdir. Biz bütün vasitələrdən istifadə edib Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olacağıq".

Cənab İlham Əliyevin də 31 oktyabr 2003-cü ildə,  andiçmə mərasimində Prezident kimi ilk çıxışında milli mənafe mövzusunda mövqeyi kifayət qədər korrekt oldu. “Bizim səbrimiz tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını, nəyin bahasına olursa-olsun, azad edəcəkdir". 200 illik regional düyünün açılması, 30 illik işğala son qoyulması və mütləq qələbəyə nail olunması üçün isə cənab İlham Əliyevə cəmi 17 il lazım oldu".

Millət vəkili vurğulayır  ki, 17 il ərzində Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursuna sadiq qalaraq, özünün hər addımı ilə bizi böyük Zəfərə daha da yaxınlaşdırdı:

 "Azərbaycan regionun hərbi-siyasi gücünə çevrilərək dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşacaq ordu, 1200 adda hərbi təyinatlı məhsul istehsal edən nəhəng müdafiə sənayesi infrastrukturu yaratmağa nail oldu.Cənab İlham Əliyev tərəfindən Ümummilli Liderin azərbaycançılıq fəlsəfəsinin milli nüvə olaraq müəyyən edilməsi, sistemli sosial və siyasi tədbirlərin qanunauyğun nəticəsi kimi yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik, ən əsası isə qələbəyə köklənmiş gənc nəsil formalaşdırılması bu proqnozları puç etdi.  

Nəticədə 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Ötən il sentyabrın 19-da isə cənab İlham Əliyev lokal xarakterli antiterror tədbirləri ilə problemə nöqtə qoydu. Beləliklə, İkinci Qarabağ müharibəsində işğala son qoymaqla, ötən il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin təsis olunması ilə ərazi bütövlüyümüzü, sentyabrın 19-u isə suverenliyimizi tam bərpa etməklə cənab İlham Əliyev Azərbaycan tarixinin heç bir dövründə heç bir liderə müyəssər olmayan geosiyasi reallıq yaratdı".

"Bu gün Zəfərimizdən doğan gücümüz, mökəmlənən həmrəyliyimiz qələbələrin davamlılığını həm təmin edir, həm zərurətə çevirir. Lakin unutmamalıyıq ki, qalibiyyət tarixin təbii axarında qorunmur, xüsusən cari region reallığında qələbənin nəticələrinin qorunması yalnız Heydər Əliyev siyasi kursunun davamlılığından birbaşa asılıdır",- deyə Bəhruz Məhərrəmov qeyd edib.

Moderator.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Noyabr 2024 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see452

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see280

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see278

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see265

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see257

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see251

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see250

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see235

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see233

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see221

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see220

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see220

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see218

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see218

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see217

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see211

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see207

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see201

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri