Icma.az
close
up
RU
MİLLƏT VƏKİLİNİN “TİK TOK” SƏXAVƏTİ Deputat necə “xeyriyyəçilik nümunəsi” göstərdi? + VİDEO

MİLLƏT VƏKİLİNİN “TİK TOK” SƏXAVƏTİ Deputat necə “xeyriyyəçilik nümunəsi” göstərdi? + VİDEO

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şabrandakı oxucularımızdan biri bu rayonun keçmiş deputatı Tahir Süleymanovun oğlu olan hazırkı deputatı Mahir Süleymanlı ilə bağlı maraqlı bir video göndərib. Videoda deputatın Şabranda evi yanmış bir imkansız, yazıq ailəyə bir maşın “kubik” göndərməsi və sonra da gəlib “vəziyyətlə yerindəcə tanış olması” əks olunub. Görüntülər “Tik-tok” şəbəkəsində paylaşılıb və görünən odur ki, deputatın razılığı və “xeyir-duası” ilə...

Azərbaycanda “sağ əlin verdiyini sol əl bilməməlidir” deyimi əlbəttə ki, çoxdan gündəmdən və hörmətdən düşüb. Lakin sözügedən deputat bu videodakı hərəkətləri ilə bu deyimin olan-qalan hörmətini də yerlə bir edib...

Bu video M.Süleymanlının az qala şabranlılara qarşı “misilsiz” səxavətinin, əlaçıqlığının, təvazökarlığının, sadəliyinin və s. müsbət cəhətlərin təzahürü kimi təqdim olunub, altdan da yəqin ki, deputatın böyür-başına, qohum-əqrabasına və ştatlı-ştatsız məddahlara aid olan saysız-hesabsız minnətdarlıq şərhləri, “bəy tərifləri” yazılıb. Amma azacıq dünya görüşü, anlayışı olan izləyici dərhal bu görüntülərdə ədabazlıq, yekəxanalıq, özündən razılıq və ən əsası, görməmişlikdən başqa heç nə görmür...

Bir maşın mişar daşı, lap 5-6 yüz manat da pul Mahir Süleymanlının atası, deputatdan çox iş adamı və Şabran və ətraf rayonların “un kralı” kimi tanınan Tahir Süleymanlı üçün əlbəttə ki, qəpik-quruşdur. Lakin deputat hətta bunu da “operator” gətirib çəkdirməklə və sonradan yaydırmaqla, etdiyi yaxşılığı tam dəyərdən salmış oldu...


Videodan göründüyü kimi, M.Süleymanlı öz əsabələri ilə bahalı maşından düşür. Sonra görünür, yanında “palto daşıyan ştatı” üzrə işə götürdüyü şəxs onun paltosunu geyindirir. Daha sonra millət vəkilindən çox türk seriallarındakı “kabadayı” ədası ilə məhləyə girən deputat bu binəva kasıb evinin bünövrəsinin üzərində dayanaraq, “fəlsəfi məzmunlu” çıxış edir və nə qədər məşğul olduğunu, müxtəlif beynəlxalq və ölkə əhəmiyyətli tədbirlərə qatıldığını, ölkəyə yeni qayıtdığını söyləyir. Eşidən elə bilər ki, parlamentin bütün yükü bu gənc millət vəkilinin çiynindədir...

Məlumat üçün deyək ki, M.Süleymanlı Milli Məclisdə Zimbabve(!) parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. Amma xəritədə Zimbabvenin yerini belə biməyən bəzi şabranlılar əlbəttə ki, onların hörmətli deputatının hansı xarici ölkədə səfərdə olduğunu, eləcə də hansı digər vacib tədbirlərdə iştirak etdiyini də bilmirlər...

Nə isə, ev sahibi və özü ilə gətirdiyi adamlarla söhbətdən sonra deputat darvazadan çıxanda adamlarından birini yanına çağırıb ona kameranın qarşısında pul uzadır və evi yanan xanıma verməsini tapşırır. Yəni, etdiyi yaxşılığı “üzünə-gözünə bulaşdırmağın” son nöqtəsini qoyur. Hətta özünə reklam qazanmaq, ətrafında kütlə toplamaq üçün telefon paylayan hansısa düşük “tiktoker” belə özünü bu cür aparmır...


Bu tragikomik səhnə nədən xəbər verir? Təbii ki, deputat bu eybəcər mənzərəni, bilrəkdən yaratmayıb. Elə bilir ki, belə də olmalıdır, çünki olanı budur! Necə var, elədir! Tək kamera qarşısında yox, həyatda da belədir, budur! Problem nədir? Problem təfəkkür, dünya görüşü səviyyəsi, ictimai, siyasi mədəniyyət problemidir!

İndi bu deputatdan soruşan lazımdır ki, bu çəkiliş kimin üçündür? Əgər Şabran seçiciləri və gələcəkdə onlardan səs qazanmaq üçündürsə, o qədər də uğurlu gediş deyil. Birincisi, bu mənzərə yəqin ki, şabranlıların çoxunun xoşuna gəlməz. Digər yandan Azərbaycan reallığında çox vaxt deputat olmaq üçün seçici səsi qazanmaqdansa, məsələn, YAP siyahısına düşmək kifayət edir. Özü də bunu həmin deputatın həm atası, həm də özü bilməmiş deyil...

Bu çəkiliş ümumilkdə ölkə cəmiyyəti, ictimaiyyət üçündürsə, bu da uğursuz gedişdir. Çünki cəmiyyət hər nə qədər öləzisə, biganələşsə də, bu cür görüntülərə qarşı həssasdır və bu cür “xeyriyyəçilik” normal insanlarda ikrah hisssindən başqa heç nə yarada bilməz...

Nəhayət, bu çəkiliş parlament rəhbərliyi, hətta daha “yuxarılar” üçündürsə, bu da uğursuz, özü də çox uğursuz gedişdir. İnandırıcı deyil ki, o səviyyələrdə bu cür bayağı, yekəxana, ədalı, reklamlı “xeyriyyəçilik” müsbət qarşılansın. Əksinə, bunun mənfi fəsadları, ciddi “başağrısı” da ola bilər...

Bir də bu millət vəkilnin “Tik-Tok” həvəsi bu yaxınlarda Rumıniyada rusiyapərəst prezidentliyə namizədin başına gələnləri xatırlatdı. “Tik-Tok” hesabına populyarlaşan Corceskunu məlum səbəblərdən tutub polisə gətirəndə, icazə alıb “su başına keçmiş”, oradan da İlon Maska mesaj atmışıd ki, məni tutublar, qurtarın. Amma ona “dayısı” Mask da kömək edə bilmədi. Biz biləni M.Süleymanlının heç Mask kimi “dayısı” da yoxdur...

VİDEO linkdəhttps://www.tiktok.com/@orxansalman/video/74786625...

Cəlal Məmmədov

“AzPolitika.info” 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 Mart 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see254

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see227

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see178

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see161

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see159

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see155

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see153

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see145

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see143

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see142

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see142

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see139

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri