Icma.az
close
up
RU
Menu

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

Rüstəmə dedim ki, sən şair deyilsən…

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

Millətçün doğulanlar, millətçün ölənlər...

Millətçün doğulanlar, millətçün ölənlər...

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

21 aprel 1996-cı il. Otuz il bundan əvvəl xəbər gəldi ki, general Dudayev öldürülüb, raketlə vurulub. Əvvəl söyləyirdilər ki, general-prezidentin qalıqları belə tapılmayıb, sonra yazıldı və bildirildi ki, bəs o, gizli şəkildə dəfn olunub. Amma bu da son olmadı, "ikinci Dudayev əfsanəsi” yarandı, generalın sağ olduğu və hətta Avropa ölkələrindən birində yaşadığı deyildi...

O dövləri hamımız yaxşı xatırlayırıq, hamı çeçenlərin Rusiyaya qarşı savaşını izləyirdi, inanın, bu savaş hətta indiki Ukrayna müharibəsindən daha effektiv təsir bağışlayırdı. 

Onda biz azərbaycanlılar, hətta gürcülər bir az "sınmış” vəziyyətdəydik, bir tərəfdən kiçik xalq olan çeçenlərin şücaətindən riqqətə gəlir, digər tərəfdən də hamımız utanırdıq, bəli, utanırdıq, çünki bizim torpaqlarımız işğal altındaydı, insanlarınız didərgin idi, sorağımız da daha çox Rusiyanın bazarlarından gəlirdi! 

Əlbəttə, insanları qınamaq lazım deyil, heç vaxt kütləvi intiharlar olmur, həyat həmişə davam edir, məşhur bir filmdə deyilən kimi: yaşamaq əmr olunub...

Dudayev general idi. Sonrakı İçkeriya prezidentləri də daha çox hərbçilər idi. Amma general geyimi daha çox Cövhərə yaraşırdı və əgər səhv etmirəmsə, o, ölkəsinin ilk generalismusu oldu. Sovetin vaxtında bu adam diviziya komandiri olmuşdu, bu, isə kiçik hərbi vəzifə deyildi. 

Bilirsiniz, mənim iki qrup insanlara – həkimlərə və bir də hərbçilərə həmişə xüsusi münasibətim olub, çünki bunlar ÖLÜM görüblər, özü də dəfələrlə. Mən bunu artıq bir dəfə də yazmışam. Tələbəlik vaxtı görürdüm ki, bizim Əfqanıstanda xidmət etmiş hərbi müəllimlərimiz o birilərindən çox fərqlənir, onlar bir az tutqun, qaraqabaq olurdular, o biri zabitlərdən fərqli tələbə-kursantlar qarşısında hoqqabazlıq etməyi sevməzdilər. Onda biz hələ bu insanların Əfqanıstanda hansı dəhşətləri gördüklərindən xəbərsizdik...

General dedim, özümüzün də elə təxminən otuz illik tariximizdən bir detal yadıma düşdü. Əbdürrəhman Vəzirovu təzə göndərmişdilər Azərbaycana, elə ermənilərlə problem (tez bir zamanda savaşa çevrildi!) də təzəcə başlayırdı. Doğrusu, yadımda deyil, nə toplantısı idi, amma televiziyayla göstərirdilər. Mən onda birinci dəfə bizim general Valeh Bərşadlını gördüm. O, da sovet vaxtı böyük hərbi yol keçmişdi, amma kişinin hansısa sözü toplantı iştirakçılarının xoşuna gəlmədi və düşdülər adamın üstünə ki, bəs sən "dəftərxana generalı” olmusan! Adam deyirdi ki, bölmə komandirliyindən diviziya komandirliyinədək yol keçmişəm, di gəl, qulaq asan yox idi...

Hadisələrin sonrasını bilirsiniz – Bərşadlı müdafiə naziri oldu, amma yenə də həmin dövrdəki "diletant krikun”lar, "ura-patriotlar” ona işləməyə imkan vermədilər və ölkənin müdafiə-hərb siyasəti və işi bu məsələlərdən qəti başı çıxmayan adamların əlinə keçdi və bunlar nəylə nəticələndi, düşünürəm, bunu sizə xatırlatmağa ehtiyac yoxdur.

Çeçenlərə gəldikdə, bu kiçik xalq hamımızı riqqətə gətirir və bir daha deyim ki, həm də utandırırdı. Bütün dünya xalqlarını həmişə bir sual məşğul edib: biz niyə yəhudilər kimi savadlı-istedadlı deyilik? Bizim üçün bura bir sual da əlavə olunmuşdu: biz niyə çeçenlər kimi deyilik?..

Hərənin bir cavabı vardı bu suala. Biri deyirdi ki, bəs biz də çeçenlər kimi olmuşuq, amma Dədə Qorqud zamanında! O birisi rəhmətlik yazıçı Fərman Kərimzadənin Kərbalayi İsmayılını yada salırdı - yəqin ki, bunu "Axırıncı aşırım” filmindən xatırlayırsınız! Çeçenlərin özlərinin də bu suala cavabı vardı. Deyirdilər ki, biz UŞAQLARIMIZ ÜÇÜN AD qoyub gedirik, sizsə VAR-DÖVLƏT!..

Xoşbəxtlikdən bizim milli natamamlıq dövrümüz əbədi olmadı, məğlubluq ləkəsini üstümüzdən götürdük, Qarabağı azad etdik. Çeçenlər isə uduzdular, bu kiçik və məğrur xalq məğlub oldu, rus hərb maşını daha güclü çıxdı, böyük ölkələrin hələ mərkəzdənqaçma proseslərinin Rusiyanın içərilərinə keçməsinə hazır olmadıqları məlum oldu...

Bəlkə də buna görə sonrakı illərdə çeçen döyüşçüləri radikal-islamçı təşkilatlarla daha çox yaxınlaşdılar. Amma bunun üçün həmin xalqın öz tarixində də müəyyən zəmin vardı. Şimali Qafqaz xalqlarının, eləcə də çeçenlərin də azadlıq ideyası müridizm, liderləri də Şeyx Şamil olub. Bunu da hərə bir cür yozurdu. Rusiyalı bir politoloq vardı, dinin sosiologiyası üzrə ciddi tədqiqatçı idi – Dmitri Furman. O deyirdi ki, çeçenlər, ümumiyyətlə, Şimali Qafqaz xalqları o qədər AZAD XALQLARDIR ki, dövləti bir halda qəbul edərlər, onun ALLAHDAN gəldiyinə inansalar!..

Özümün bütün bunlara hansısa "kommentariyam" yoxdur. Belədəsə, deyəsən, çeçenlərin savaşı Putin hakimiyyətə gələnə qədər çəkdi. Çox şeyi dəqiq bilmirik, amma Putin bir dəfə etiraf etdi ki, Kreml İçkeriyanın müstəqilliyini tanımaq üzrə idi, guya buna çeçenlərin radikallığı mane oldu! 

Əlbəttə, çətin məsələdir. Həqiqətən də son illərdə çeçen hərbçiləri istiqlaliyyət uğrunda savaşı ümumiyyətlə "kafirlərə qarşı cihad”a çevirdilər və məncə, çox böyük səhv etdilər, çünki din çeçenlər üçün böyük səfərbəredici gücə malik idi, amma bunu hədsiz dərəcədə böyütmək lazım deyildi, kiçik İçkeriya da demokratik, dünyəvi quruluşu hədəf götürməlidi.

Həm də maksimalizm heç vaxt özünü doğrultmayıb. Yazılanlara görə, Şeyx Şamil öz ailəsi və uşaqları ilə mühasirəyə alınanda silahı yerə atır və təslim olur...

O ki qaldı general Dudayevə, bu, həqiqətən də GÖZƏL ÖLÜM idi, çünki əsl generallar döyüşdə ölür. Deyəsən, Vaterloo haqqında filmdə görmüşdüm: Napoleon həlak olmuş döyüşçülərin arasında dolaşır və əlində bayraq həlak olmuş bir zabiti görür. General Bonapart bircə söz deyir: HƏQİQƏTƏN DƏ GÖZƏL ÖLÜMDÜR.

O ki qaldı harada və necə dəfn olunmağa, Atillanın, Çingizxanın məzarının yeri hələ də bilinmir...

Hüseynbala Səlimov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Aprel 2026 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see291

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see277

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see261

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see258

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see257

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see251

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see247

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see247

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see240

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see239

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see237

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see237

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see219

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see216

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see214

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see204

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see201

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see201

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see199

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri