Icma.az
close
up
RU
Millətini qəhrəmana çevirən Milli Qəhrəmana

Millətini qəhrəmana çevirən Milli Qəhrəmana

Icma.az bildirir, Aznews.az saytına əsaslanaraq.

Azərbaycana Zəfər qazandıran, 200 illik nəhs döngünü durduran, 100 illik erməni problemini, 30 illik işğalı həll edən; Füzulini, Cəbrayılı, Zəngilanı, Qubadlını, Hadrutu, Şuşanı, Ağdamı, Laçını, Kəlbəcəri, ən son olaraq, Xankəndini, Xocalını, Ağdərəni, Əskəranı - Qarabağı qurtaran, düşmən ordularını darmadağın edən, ‘’xaçlı klub’’un mənfur planlarını sıfırlayan liderin doğum günüdür! Qutlu olsun!
Bütün bu sadlanan uğurların hər biri millətimiz və dövlətimiz, eləcə də bütövlükdə türk - islam platforması üçün simvol anlamında, tarixilik mahiyyətindədir. O, hər bir müsəlmanın, hər bir türkün indiki qüruru, gələcək nəsillərin maraqları üçün nəhəng işlər gördü və görməkdədir.
Türk Dövlətləri Təşkilatının qurulması, Azərbaycanın Türk Dünyasının, İslam arealının parlayan və sevilən ulduzuna çevrilməsi onun strategiyası və konkret fəaliyyətinin nəticəsidir. İlham Əliyev Azərbaycanla bərabər, Türkiyəmizi, Türk Dövlətlərini, onların liderlərinin baxış açılarını da dəyişdirdi; türk qövmlərinin tarix boyu ən mehriban, ən koordinasiyalı və ən iddialı bir dövrə qədəm qoymasını təmin etmiş oldu.
Onun adı dünya Türklərinin nəhəng lider və ideoloqlarının ismləri ilə bir sırada dayanır; gördüyü işlərə görə gələcəkdə daha da önəm daşıyacaq. Türk dünyasının hər yerindən olan 10 milyonlarla ülküçü, milliyyətçi onu indidən özlərinə yeni Başbuğ, mənəvi - siyasi lider hesab edirlər. Və bunda haqlıdırlar...
İlham Əliyev Güney Qafqazın ən uzunömürlü separatizm ocağını söndürməklə, bölgəmizə və separatizmdən əziyyət çəkən Avropa dövlətlərinə böyük xidmət göstərmiş oldu. Artıq separatizmə qarşı mübarizənin yeni bir modeli - ‘’İlham Əliyev modeli’’ mövcuddur və hazırda bu illətdən əziyyət çəkən bütün hövzələr həmin model haqqında danışır, onu öyrənir və bir an öncə tətbiq etməyə hazır olduğunu bildirir (Gürcüstan, Ukrayna, Moldova, Serbiya və s).
... Onun cəm halda etdiklərinin yalnız birini kim etsəydi, millətimizin və dövlətimizin "Şərəf lövhəsi"ndə öz yerini daim alacaqdı.
O isə bütün bunların cəmini etdi; üstəlik də heç bir halda "bunları mən etdim", demədən; müəllifliyi xalqına, onun içərisindən çıxan və İlham Əliyevin əmri ilə Zəfər savaşına qalxan qurtuluş Ordumuza bağışlamaqla...
O, bu millətin gerçək Milli Qəhrəmanı olduğu halda, öz millətini qəhrəmana çevirməyi də bacardı. Bu nəaliyyət də İlham Əliyevin uğurlar silsiləsində ciddi yer tutur.
Məsələnin ən manidar tərəfi budur ki, İlham Əliyev bunca uğurlara, tarixi zəfərlərə sadəcə ardıcıl ...proses (sürəc) kimi baxır və davranışları ilə hələ də bu proseslərin ...davam edəcəyi mesajlarını verir.
Onun hər çıxışı yaxın və uzaq gələcək üçün indiki və gələcək nəsillərə bir ismarışdı, onları fəaliyyətə və mübarizəyə hazırlamaqdı: ‘’Durmaq yox, yola davam!’’ Xankəndindəki o son nitqi də daxil, onun çıxışlarında YEKUN xarakteri yoxdu.
O, dünyadakı bütün Azərbaycanlıların, 50 milyonluq böyük və uca millətin Prezidentidir. O, Xudafərin simvolunu, ayrılığın Araz sərhəddini soydaşlarına ümid və hədəf olaraq təqdim edən və bu yoldakı bütün idealistləri özünə heyran qoyan böyük missiya sahibidir. Təmsil etdiyi xalqın birləşmə haqqı üçün də əlindən gələni etdiyini və edəcəyini də bilirik və təqdir edirik.
Etdikləri üçün təşəkkürlər, edəcəkləri üçün uğurlar!
Bu Adam son 200 ildə başımıza gələn ən yaxşı hadisədir!
Doğum gününüz qutlu olsun, cənab Ali Baş Komandan, cənab Prezident!

Sayğılar və minnətdarlıqla Rauf Arifoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 24 Dekabr 2024 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see143

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see141

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see140

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see137

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see131

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see128

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see128

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see126

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see125

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see124

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see123

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see120

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see118

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see117

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see116

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see114

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see113

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see109

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see108

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri