Icma.az
close
up
RU
Kəmaləddin Heydərov Milli Qəhrəmana medal verdi

Kəmaləddin Heydərov Milli Qəhrəmana medal verdi

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovu medalla təltif edib.

Gununsesi.info-nun xəbərinə görə,  nazir Milli Qəhrəmanı qəbul edərək ona FHN-lə  “Hərbi Əməkdaşlıq Sahəsində Xidmətlərinə Görə” medalını şəxsən təqdim edib.

“16 dekabr tarixi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaranma günüdür. Düz 20 il əvvəl AR Prezidenti İlham Əliyev FHN-nin yaranması barədə sərəncam imzaladı. Müasir dünyada dövlətçilik strukturunu FHN olmadan təsəvvür etmək mümkün deyil. Hər bir yenilik köhnənin bazası üzərində qurulur. Etiraf edək ki, Azərbaycanda adı çəkilən qurum heç bir bazaya arxalanmadan yaranmalı idi.Heç bir kadr potensialına, təcrübəyə və maddi-texniki bazaya malik olmayan dövlət qurumunun yaranması və bugünkü səviyyəyə qalxması gərgin əmək, intellektual səviyyə tələb edir. FHN yalnız tektonik və digər təbiət hadisələrinin fəsadlarının aradan qaldırılması üçün deyil, habelə əhalinin təhlükəsizliyinə səbəb ola biləcək digər bədbəxt hadisələrin qarşısının alınmasına hesablanmış, icra strukturudur. Təsadüfi deyil ki, AR FHN peşəkarlıq baxımından öz sahəsində dünya miqyasında layiqli yer tutur. FHN -nin bu səviyyəyə çatmasında bu qurumun dəyişməyən, öz tarixində hələlik yeganə nazir olan General -Polkovnik Kəmaləddin Heydərovun xüsusi xidmətlərini qeyd etməmək düzgün olmazdı. Bu, onun göstəricisidir ki, FHN bütövlükdə cənab Prezident İ.Əliyevin etimadını doğrulda bilib.

16 dekabr 2025-ci il FHN-nin tarixinə yubiley ili kimi yazılacaq, mənim üçün isə bu mötəbər qurum tərəfindənmed “Hərbi Əməkdaşlıq Sahəsində Xidmətlərinə Görə” alı ilə təltif edilməm və bu minnətdar olduğum bu mükafatın şəxsən cənab nazir tərəfindən təqdim edilməsi kimi xatirimdə qalacaq.

Fövqəladə Hallar Nazirliyi – nin yaranmasının 20 illik yubileyi və peşə bayramı münasibətilə başda nazir K.Heydərov olmaqla, bu sahədə çalışan insanları təbrik edirəm”.

Firuzə Mahmudova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Dekabr 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri