Icma.az
close
up
RU
Millətlər Liqasında Estoniya ilə heç heçə azərbaycanlılar üçün ciddi nəticə deyildi Premyer Liqadakı belaruslu

Millətlər Liqasında Estoniya ilə heç heçə azərbaycanlılar üçün ciddi nəticə deyildi Premyer Liqadakı belaruslu

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Kəpəz”in legioneri Yeqor Xvalko Belarus mətbuatına danışıb. Sportal.az xəbər verir ki, belaruslu müdafiəçi “Football.by” saytına müsahibəsində Azərbaycan futbolunun durumundan və milli komandamızdan söhbət açıb.

- Hazırkı Azərbaycan millisi haqqında nə düşünürsən? Onların matçlarına baxırsan?

Bəli, həmişə Azərbaycan millisinin oyunlarına baxmağa çalışıram. İndi orada çoxlu yeni adlar peyda olur. Millətlər Liqasında uğursuz oldular. Yalnız Estoniya ilə cəmi bir oyunda bərabərə qaldılar. Qrupda İsveç və Slovakiyanın yer aldığı digər görüşlərdə məğlub oldular. Təbii ki, ölkədə insanlar bu cür nəticələrdən narazı idilər. İndi portuqaliyalı baş məşqçi Fernandu Santuşun rəhbərliyi altında heyət yenilənir. Siyahıya baxdım - 4-5 yeni futbolçu var. Oxudum ki, Alosun rəhbərliyi altında artıq 15 futbolçu Belarusda debüt edib. Burada da təxminən eyni vəziyyətdir. Gənc oyunçuları cəlb edirlər. Bir neçə təcrübəli var, 30-32 yaşlarında - əsasən bizimkilərlə eynidir. Amma orta hesabla futbolçuların 27-28 yaşı var.

- Azərbaycan çoxdandır ki, qalib gəlmir. Belə bir hiss var ki, Belarusda olduğu kimi indi elə ilk növbədə, nəticə tələb edirlər?

Düzdü. Burada idman mətbuatını oxuyuram, futbol veteranları, ekspertlər yekdilliklə deyirlər ki, ilk növbədə qələbə lazımdır. Millətlər Liqasında Estoniya ilə heç-heçə azərbaycanlılar üçün ciddi nəticə deyildi. Onlar deyirlər ki, kiminlə oynamağın fərqi yoxdur, əsas odur qalib gələk. Belarusla təxminən bərabər səviyyədə komandadır.

Bizim də 16 oyunluq qələbəsiz seriyamız var idi. Ancaq sonra hər halda nəticələr gəldi. Hardasa heç-heçə oldu, kimisə məğlub etdik. İsveçrə ilə gözəl oyun keçirdik, 3:3 oynadıq. Qalib gəlməli olsaq da, bir az dözə bilmədik. Burada məndən Belarus millisi haqda soruşdular. O, komandanın təxminən eyni səviyyədə olduğunu bildirib. Yadımdadır, təxminən üç il əvvəl Millətlər Liqasında oynamışdıq və Minskdə yoldaşlıq oyunu olmuşdu. Azərbaycan – Belarus matçında heç bir tərəfin açıq üstünlüyü yox idi. Bu matçda hər şey ola bilər. Maraqlı olacaq. Mən, əlbəttə, gedərdim, amma bu çox uzaqdır. Üstəlik həmin gün məşqimiz var. Ona görə də təəssüf ki, oyunu ziyarət etmək mümkün olmayacaq.

- Masazırdakı “Bank Republika Arenada”kı meydança haqqında nə düşünürsən? Orada oynamısan?

Bəli, daim oynayıram. “Sabah” bütün ev oyunlarını orada keçirir. Orada qışda, yazda, payızda oynayırlar. İlin istənilən vaxtında meydança yaxşı durumda olur. Üstəlik, stadion çox maraqlıdır, düzbucaqlıdır, sırf futbol üçündür. Hələ tamaşaçılar olsa, yaxşı ab-hava yaranacaq. Çox böyük deyil. 

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://sportal.az
archiveBu xəbər 25 Mart 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see600

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see174

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see156

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see137

Rusiyada bu avtomobillərin qiyməti qalxacaq...

09 Noyabr 2025 23:47see136

Bu, səhv qərar idi Slot Van Deykin qolunun ləğvi barədə

10 Noyabr 2025 00:22see132

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see131

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see129

Zelenski ilə müsahibə zamanı işıqlar söndü Video

10 Noyabr 2025 01:28see129

La Liqa: Real xal itirdi, Barselona səhv etmədi

10 Noyabr 2025 02:28see129

“Öz özümə düşünürdüm: bu nə vaxt bitəcək?” Azərbaycan millisinin sabiq futbolçusunun ə MÜSAHİBƏSİ + FOTO

10 Noyabr 2025 12:07see127

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see127

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see127

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see126

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see125

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see123

“Üzüklərin hökmdarı“ filminin çəkildiyi milli parkda güclü yanğın

09 Noyabr 2025 23:49see123

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see123

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see121

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri