Icma.az
close
up
RU
Milli aviadaşıyıcının uçuş xəritəsi Bakıdan 42 ŞƏHƏRƏ

Milli aviadaşıyıcının uçuş xəritəsi Bakıdan 42 ŞƏHƏRƏ

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları” QSC (AZAL) son illərdə yalnız sərnişin daşımalarında deyil, həm də beynəlxalq aviasiya sahəsində strateji mövqeyini möhkəmləndirib.

Müasir təyyarə parkının genişləndirilməsi, xidmət keyfiyyətinin artırılması və uçuşların təhlükəsizliyinin beynəlxalq standartlara uyğunlaşdırılması şirkətin uğurlarının əsasını təşkil edir.

AZAL-ın son illərdə ən ciddi uğurlarından biri də uçuş coğrafiyasını genişləndirməsidir. 

Modern.az şirkətin neçə şəhərə birbaşa uçuş təşkil edilməsini öyrənmək üçün milli aviadaşıyıcı ilə əlaqə saxlayıb.

QSC-dən sorğumuza cavab olaraq bildirilib ki, AZAL hazırda Bakıdan 26 ölkəyə və ölkədaxili istiqamətlər də nəzərə alınmaqla (Naxçıvan və Füzuli) ümumilikdə 42 şəhərə birbaşa uçuşlar həyata keçirir. Qeyd edək ki, AZAL Naxçıvan-Gəncə-Naxçıvan marşrutu üzrə də reyslər yerinə yetirir.

Qeyd edək ki, AZAL bu gün təkcə Azərbaycan sərnişinin deyil, həm də regionun hava nəqliyyatı ehtiyaclarını qarşılamaq gücündə olan bir şirkətə çevrilib. Yuxarıdakı açıqlanan rəqəmlər bunu açıq şəkildə təsdiqləyir.

Həmçinin, AZAL mövsümi və çarter reysləri ilə də sərnişinlərinə fərqli səyahət alternativləri təklif edir. Turizm dövrlərində populyar istiqamətlərə əlavə reyslərin təşkili ölkəyə turist axınını artırmaqla yanaşı, Azərbaycan vətəndaşlarının da istirahət imkanlarını genişləndirir.

AZAL-ın məqsədi təkcə bugünkü ehtiyacları qarşılayan deyil, həm də gələcəyə hesablanmış hava nəqliyyatı sisteminin qurulmasıdır. Şirkət qarşıdakı dövrlərdə yeni istiqamətlərin xəritəyə əlavə olunacağını və bir sıra mövcud marşrutlarda təkmilləşdirmələr ediləcəyini bildirib.

"Aviaşirkət yeni istiqamətlər açmaqla və bir sıra şəhərlərə reyslərin tezliyini artırmaqla uçuş çoğrafiyasını genişləndirməyə və sərnişinlərə daha geniş səyahət imkanları təqdim etməyə davam edir", - rəsmi açıqlamada bildirilib.

Səmada daha geniş coğrafiyanı əhatə edən AZAL Azərbaycanın qlobal nəqliyyat xəritəsindəki yerini möhkəmləndirməyə davam edir. Bu isə ölkənin turizm, biznes və diplomatik imkanlarına da əlavə dinamika qazandırır. Gələcək illərdə daha çox şəhərin, daha çox ölkənin və daha çevik uçuş imkanlarının təqdim olunacağı gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 May 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri