Icma.az
close
up
RU
“Milli Azərbaycan bayrağı iştə bizim çöhrəmiz!..”

“Milli Azərbaycan bayrağı iştə bizim çöhrəmiz!..”

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycançılıq ideyasının təbliği


M.Ə.Rəsulzadə ömrünü Azərbaycan davasına həsr etdi    


“İnsanlara hürriyyət, millətlərə istiqlal” şüarını həyatının amalı seçən, Azərbaycan davasını ömrü boyunca davam etdirən millət fədaisi Məhəmməd Əmin Rəsulzadənin həyatı, bütün ictimai və siyasi fəaliyyəti, həmçinin ədəbi yaradıcılığı Azərbaycan ideyası üzərində köklənib. Bu danılmaz həqiqəti onun mühacirət həyatının nəinki hər günü, hətta hər bir anı təsdiq edir. Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal edildikdən və müstəqil dövlətimiz süqut etdikdən sonra milli istiqlalçıların bir çoxunun mühacirət həyatı başladı. 


O cümlədən də Məhəmməd Əmin Rəsulzadənin. Uzun və gərgin bir dövrü əhatə edən mühacirət həyatına detallı baxdıqda bu dahi insanın həyatının hər dəqiqəsini milli Azərbaycan davasına həsr etdiyi aydın görünür. M.Ə.Rəsulzadənin Fransadakı fəaliyyəti 1920-ci illərə təsadüf edir. M.Ə.Rəsulzadə yazırdı: “Olduğumuz mühacirət şərtləri daxilində, Azərbaycan davası naminə birləşmək, milli davanı yaşatmaq və ya yaşadan fikir sistem və nümayəndələrinə hörmət etməklə olur. Bunun üçün hər türlü kiçik hallardan və hisslərdən sıyrılaraq fikrə önəm vermək lazımdır”. 1926-cı ildə keçmiş çar Rusiyası xalqlarının liderləri beynəlxalq təşkilat kimi fəaliyyət göstərən “Prometey” klubunu yaradıblar. 1928-ci ildə isə Varşavada J.Pilsudskinin dəstəyi ilə “Prometey” cəmiyyəti yaradılıb və azərbaycanlılar da burada təmsil olunublar. “Prometey” jurnalı nəşr olunmağa başlayıb. 1930-cu ildə M.Ə.Rəsulzadə “Prometey” təşkilatının fəaliyyəti ilə bağlı Polşaya gedib, bir müddət burada yaşayıb. 1936-cı ilin 17 yanvarında M.Ə.Rəsulzadə Parisdə “Müasir Azərbaycan Ədəbiyyatı” mövzusunda maraqlı məruzə edib, dinləyiciləri Azərbaycan ədəbiyyatının nümunələri ilə tanış edib. Bu məruzə sonradan ayrıca kitab olaraq nəşr edilib. 1936-cı ilin 17-26 aprelində isə Parisdə Azərbaycanın, Povoljyenin, Uralın, Krımın, Şimali Qafqazın və Türküstanın müsəlman xalqlarının nümayəndələrinin iştirakı ilə qurultay keçirilib. Həmin qurultayda Azərbaycanı M.Ə.Rəsulzadə, Mir Yaqub Mehdiyev, Mustafa Vəkilli təmsil ediblər. M.Ə.Rəsulzadə Polşada da əhatəli fəaliyyət göstərib. Polşada yaşadığı dövrdə M.Ə.Rəsulzadə “Panturanizm və Qafqasya problemi” kitabını rus dilində nəşr etdirib. Varşavada yaşadığı müddətdə o, burada nəşr edilən “Vsxod” (“Şərq”), “Roçnik Tatarski” (“Tatar illiyi”) məcmuələrində məqalələr çap etdirib. 1938-ci ildə M.Ə.Rəsulzadənin Varşavada polyakca “Azərbaycan müstəqillik uğrunda mübarizədə” kitabı çap edilib. Kitaba giriş sözünü Polşanın tanınmış ictimai xadimi, senator, Şərq İnstitutunun direktoru Stanislav Sedlitski yazmışdı. S.Sedlitski M.Ə.Rəsulzadənin polyak dilində nəşrə hazırladığı kitabı yüksək qiymətləndirirdi. 1938-ci ilin fevralında “Prometey” təşkilatına mənsub olan millətlərin mühacirətdəki milli təşkilatları Varşavada tədbir keçirir. Tədbir idil-Ural Millət Məclisi açılışının 20 illiyinə həsr edilmişdi. M.Ə.Rəsulzadənin bu tədbirdəki çıxışı böyük marağa səbəb olub, alqışlarla qarşılanıb. 1938-ci ilin aprelin 7-də “Prometey” klubu daha bir tədbir keçirib. M.Ə.Rəsulzadənin Almaniyadakı fəaliyyəti əsasən 1932-ci ildən başlayır. Polşada yaşamasına baxmayaraq, o, Berlində də olur və fəaliyyətini davam etdirirdi. Almaniyada onun Baş redaktorluğu ilə 1932-ci ilin yanvarın 10-dan “İstiqlal” qəzeti, noyabrın 6-dan “Qurtuluş” jurnalı nəşr edilir. “İstiqlal” qəzetinin nəşri 1934- cü ilə qədər, “Qurtuluş”un nəşri isə 1939- cu ilin avqustunadək davam edib. Bundan əlavə, M.Ə.Rəsulzadənin Almaniyada 1938-ci ildə “Azərbaycan Problemi” əsəri alman dilində nəşr olunub. Eyni zamanda O, 1937-ci ilin may ayında Berlində “Humboldt klubu”nda çoxlu sayda insanların iştirakı ilə keçirilən tədbirdə Azərbaycanla bağlı maraqlı məruzə etmişdi. 1942-ci ildə isə İkinci Dünya müharibəsinin davam etdiyi bir zamanda M.Ə.Rəsulzadə Almaniyaya dəvət edilir. Həmin dövrdə Almaniyada M.Ə.Rəsulzadənin başçılığı ilə “Milli Azərbaycan Komitəsi” yaradılmışdı. “Milli Azərbaycan Komitəsi” bu proqramla fəaliyyət göstərirdi: “Azərbaycanın milli haqlarını qorumaq, vətənin xilası və istiqlalı üçün mübarizə etmək, qafqasiyalı millətlərin dostluqları və siyasətcə bir yerdə yaşamaları üçün çalışmaq və Almaniya ilə sıx surətdə işbirliyi təmin etmək”. Qeyd etdiyimiz kimi, almanlar hər vasitə ilə M.Ə.Rəsulzadədən faydalanmağa çalışırdı. 1942-ci ilin oktyabrın 7-də M.Ə.Rəsulzadə ilə aparılan danışıqlar fayda vermədiyindən (çünki o, Azərbaycanın müstəqilliyi fikrini önə çəkirdi) o, Rumıniyaya – Buxarestə getmişdi. Almanlar onun getməsinə təəssüflənmiş, qalması üçün Drezden məktəblərinin birində müəllimlik təklif etmişdilər. Lakin o, bununla da razılaşmamışdı. Almaniyanı tərk edərək Rumıniyaya qayıtdı. 1944-cü ilin 23 avqustunda Buxarestdə baş verən hökumət çevrilişindən və sovetlərlə atəşkəs elan edilməsindən sonra sovetlərin bu ölkəyə yaxınlaşması nəticəsində M.Ə.Rəsulzadə Almaniyaya gedərək 1945-ci ildə savaşın bitdiyi Mittenvald bölgəsindəki qaçqın düşərgəsində yaşadı. Burada olduğu müddətdə o, azərbaycanlı legionerlərin sovetlərə təhvil verilməməsinə çalışmış, “Azərbaycan Demokrat Birliyi” qurumunu yaradıb onların Türkiyəyə, Misirə və digər ölkələrə getməsini təmin etmişdi. Bundan ötrü o, Almaniyada olmuş Misir kralı Fərruxla da danışıqlar aparmışdı. Nəhayət, Türkiyə dövlətinin rəsmi icazəsindən sonra 1947-ci ilin sentyabrında M.Ə.Rəsulzadə Türkiyəyə getmişdi. 1950-ci illərdə isə o, “soyuq müharibə” dövründə Almaniyada keçirilən tədbirlərdə, konfranslarda fəal iştirak etmişdi. 1951-ci ilin noyabrında Münhendə “Antibolşevik Xalqların Bloku”nun keçirdiyi konfransda M.Ə.Rəsulzadə çıxış etmiş, dünya ictimaiyyətinə ünvanlanmış sənədə imza atanlardan biri olmuşdu. 1952-ci ilin dekabrın 11-16-da Münhendə keçirilən Ümumqafqaz konfransında da M.Ə.Rəsulzadə maraqlı məruzə etmişdi. 1939-cu ilin sentyabrın əvvəlində Polşanın almanlar, sentyabrın 18-də isə Sovet ordusu tərəfindən işğalından sonra M.Ə.Rəsulzadənin burada yaşaması artıq qeyri-mümkün idi. 1939-cu ilin avqustundan Rumıniyada yaşamağa başlayıb. Buxarestdə olduğu dövrdə o, zamanının çoxunu Türkiyənin buradakı Böyükelçiliyində keçirir, böyük Azərbaycan şairi olan Nizami Gəncəvi haqqındakı araşdırmasını tamamlayırdı. M.Ə.Rəsulzadənin qardaş Türkiyədəki fəaliyyətini isə iki dövrə bölmək olar: birinci dövr 1922-1931-ci illəri əhatə edir, ikinci dövr isə 1948-1955-ci illərə təsadüf edir. Hər iki dövrdə o, böyük çətinliklərlə qarşılaşmışdı. Mühacirət həyatının ağır şərtləri daxilində mübarizə aparmaq, maddi imkansızlıq, yurdsuzluq kimi çətinliklər içərisində yaşamaq və nəhayət, kənar ölkə daxilində siyasi mücadiləyə uyğunlaşmaq çox çətin idi.  Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadənin istiqlal tariximizdəki ən böyük xidmətlərindən biri, şübhəsiz, Azərbaycanın azadlığı, müstəqilliyi mübarizəsini elmi və sistemli şəkildə aparan mətbuat orqanlarını yaratmasıdır. Əvvəlcə, “Yeni Qafqasiya”, jurnalın nəşri qadağan edildikdə “Azəri Türk” jurnalının çapına nail olub. 1929-cu il martın 1-də M.Ə.Rəsulzadə daha bir mətbu orqanın – “Odlu Yurd”u nəşr etdirməyə başlayıb. Milli hərəkata güc verməyə, bolşevizmlə mücadiləni şiddətləndirməyə yönələn “Odlu Yurd” oxucuların böyük marağına səbəb olub. Dərginin ilk sayında M.Ə.Rəsulzadənin “Çöhrəmiz” adlı məqaləsi çap olundu: “Odlu Yurd! Bu iki söz türkcə kəlmənin – “Azərbaycanın müqabil olduğunu söylərsək, məsələ yarı-yarıya anlaşılmış olur. Yarı-yarıya deyirik, çünki hal-hazırda bir deyil, iki Azərbaycan vardır: Rus istilasına rəhbərlik rolunu oynayan “qızıl Azərbaycan” ilə qəlbində hürriyyət və istiqlalın sönməz odunu daşıyan “milli Azərbaycan!”. Milli Azərbaycan bayrağı – işdə bizim çöhrəmiz!.. Milli hürriyyət uğrunda çarpışan, çalınmış istiqlalını geriyə almaq üçün çalışan bir millət çöhrəsi!”. 

M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Ankarada vəfat edib. Dəfn mərasimində çıxış edənlər birmənalı şəkildə onu yorulmaz milli istiqlalçı kimi təqdim edirdi. Mirzə Bala Məmmədzadə çıxışında demişdi: “Milliyyətçi, istiqlalçı, demokrat və inqilabçı Rəsulzadə “İnsanlara hürriyyət, millətlərə istiqlal!” – deyə dünyaya göz açdı və yenə “İnsanlara hürriyyət, millətlərə istiqlal!” – deyə həyata göz yumdu. O, prinsipə sədaqətin, məfkurəyə bağlılığın və bu yolda fədakarlıq, əzm və səbatın da timsalı idi. Çünki o, tam mənası ilə fəzilət sahibi, kamil bir insan idi”.

Abdulla Battal Taymasın çıxışından: “Emin bəy yalnız azərbaycanlılar üçün deyil, bütün türklər üçün böyük bir dəyərdir. Ölümü də bütün türklük üçün böyük bir dərddir. O, inandığı mübarizə uğrunda hər şeyini, ailəsini, rahatlığını, səhhətini, nəhayət həyatını fəda etmişdi. Özü də nadir bir idealist idi. O, bu dünyadan ayrılmışsa da, tarix səhifələrimizdə, beynimizdə və qəlbimizdə daima yaşayacaqdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://sherg.az
archiveBu xəbər 31 Yanvar 2025 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see184

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see125

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see121

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see120

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see118

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see117

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see117

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see115

Maskın təklifi

08 İyun 2025 04:23see115

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see115

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see114

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see113

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see113

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see113

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see112

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see112

İsveçdə dişlərini düzgün fırçalamayan uşaqların valideynlərinə 8 aylıq həbs cəzası verildi

08 İyun 2025 04:31see112

Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI

08 İyun 2025 07:31see111

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see111

Çaylarda su səviyyəsi bu qədər qalxdı

08 İyun 2025 11:06see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri