Icma.az
close
up
RU
Milli dövlətçilik siyasətinin sarsılmaz təməllərini müəyyən etdi

Milli dövlətçilik siyasətinin sarsılmaz təməllərini müəyyən etdi

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan 1991-ci il 18 oktyabr tarixində dövlət müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycana idarəçilikdən xəbərsiz, şəxsi maraqlarını dövlət maraqlarından üstün tutan ünsürlərin rəhbərlik etməsi ölkəni böyük təhlükələrlə, faciələrlə üz-üzə qoydu. Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması üçün bu müstəqilliyin əldə olunmasına ən çox töhfə vermiş və onu qoruya biləcək əvəzsiz Lideri- Heydər Əliyevi dəvət etdi. Onu da qeyd edək ki, Azərbaycanın o illərdə yaşadıqları xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı Ulu Öndər Heydər Əliyevə tarixi müraciətində də öz əksini tapmışdır. Bu müraciət Azərbaycanın həyatında dönüş nöqtəsi oldu. Belə ki, dahi şəxsiyyətin müraciətə müsbət cavabı, həmişə olduğu kimi xalqının yanıında olaraq belə bir partiyanın yaradılmasına razılığı sonrakı proseslərin müsbət istiqamətdə inkişafında stimulverici amil oldu. 1992-ci ilin noyabr ayının 21-də Yeni Azərbaycan Partiyası yaradıldı, 1993-cü ilin iyun ayında dahi şəxsiyyət xalqın təkidli tələbi ilə hakimiyyətə dəvət edildi. Ümummilli Liderin yenidən hakimiyyətə qayıdışı həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin başlanğıcı oldu.Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Ümummilli Lider Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəldi.Azərbaycana hansı sahədən baxsaq bütün uğurlar dahi şəxsiyyətin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ilin 3 oktyabr tarixində keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi.

Ən əsası dövlət və xalq arasında möhkəm birlik yaradıldı. Dünya səviyyəli siyasət və dövlət xadimi Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəlişindən, yəni 1993-cü ildən sonra Azərbaycan davamlı uğurları ilə diqqətdə oldu.
“Dövlətin vəzifəsi ölkədə qanunun aliliyini təmin etməkdir, insanların hüquq bərabərliyini təmin etməkdir, insanların azadlığını təmin etməkdir. Vətəndaşın da vəzifəsi bütün hərəkətləri, bütün fəaliyyəti, işləri qanun çərçivəsində görməkdir” söyləyən Ulu Öndər Heydər Əliyev bunu da qeyd etmişdir ki, demokratiya bizim üçün xaricdən gətirilmə bir dəyər deyildir. Bu, Azərbaycan xalqının öz istəyidir, onun özünün müəyyən etdiyi, getmək istədiyi yoldur. Ümummilli Liderin siyasi kursunu 22 ildə uğurla davam etdirən Prezident İlham Əliyev həmin fikirlərin davamı olaraq bu gün böyük inamla bildirir ki, demokratikləşmə sadəcə bir şüar, niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafının əsasıdır.
Ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması davamlı uğurlarımızı şərtləndirən əsas amillərdəndir. Azərbaycan ən islahatçı ölkə kimi beynəlxalq qurumların hesabatlarında liderliyini qoruyur.

Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Oktyabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see145

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see143

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see132

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see132

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri