Icma.az
close
up
RU
Milli Gənc Tamaşaçılar Teatrında 98 ci teatr mövsümünün başlanması münasibətilə görüş keçirilib

Milli Gənc Tamaşaçılar Teatrında 98 ci teatr mövsümünün başlanması münasibətilə görüş keçirilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 3 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında 98-ci teatr mövsümünün başlanması ilə əlaqədar kollektivin geniş tərkibli toplantısı keçirilib.

Bu barədə AZƏRTAC-a Teatrdan məlumat verilib.

Bildirilib ki, görüşdə teatrın direktoru Naidə İsmayılzadə kollektivi yeni mövsümün başlanması münasibətilə təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb. Direktor növbəti ildə hazırlanacaq yeni səhnə əsərlərindən, kollektiv iş prosesinin vacibliyindən söhbət açıb.

“Ötən mövsümdə sənət ocağı yeddi yeni tamaşa təqdim edib. Həmçinin teatrın bölgə və festivallara uğurlu qastrol səfərləri reallaşıb. Növbəti aylarda teatrımızda Mirzə Fətəli Axundzadənənin “Hacı Qara” pyesi əsasında eyniadlı səhnə əsərinin, eləcə də uşaqlar üçün nəzərdə tutulan “Küllücə” nağılı əsasında eyniadlı tamaşanın məqşlərinin başlanılması nəzərdə tutulur”, - deyə direktor əlavə edib.

Daha sonra teatrın rəhbərliyi və kollektivi əlbisə sexinin işçisi Tamilla Əliyevanı 65 illik yubileyi münasibəti təbrik ediblər.

Toplantıda teatrın tərəfdaşları Səbail Rayon İcra Hakimiyyətinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının, “ZƏFƏR Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin, ''Böyük Qayıdış Gənclər Təşkilatı'' İctimai Birliyinin nümayəndələri iştirak ediblər.

Teatrın yaradıcı heyəti səmərəli fəaliyyətlərinə görə tərəfdaşlar tərəfindən təsis edilmiş diplom və mükafatlarla təltif olunublar.

Eləcə də 2025-ci ildə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı tərəfindən təsis olunmuş “Alqış” mükafatı teatrın ötən mövsümdə ən yaddaqalan və uğurlu tamaşası “Şah Abbas Namə”nin yaradıcı heyətinin bir hissəsinə təqdim olunub.

Qeyd edək ki, Milli Gənc Tamaşaçılar Teatrı yeni mövsümü sentyabrın 19-da saat “Solğun çiçəklər” tamaşası ilə açacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Sentyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri