Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

İraola: “Belə bir şey baş verməməlidir”

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Milli iqtisadi güc və büdcə potensialı hesabına...

Milli iqtisadi güc və büdcə potensialı hesabına...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2026-cı ildə azad ərazilərin bərpasına yönəldilən vəsaitlərin məbləği 30 milyard manata yaxınlaşacaq

Dünyanın nüfuzlu tədiqat institutlarından olan “Fitch Group”a aid “Fitch Solutions” şirkəti yeni hesabatında Azərbaycan hökumətinin infrastruktur layihələrinə dövlət investisiyalarının həcminin artırılması, o cümlədən azad ərazilərdə tikinti-bərpa işlərinə böyükhəcmli kapital qoyuluşlarının həyata keçirilməsinə dair məqamlara yer verilib. Təşkilat dövlətin son illərdə investisiya siyasətində əsas prioritet sahələr kimi işğaldan azad edilmiş ərazilərdə yeni infrastrukturların yaradılmasına, bərpa olunan enerji sahələrinin inkişafına xüsusi diqqət ayırdığını, qarşıdakı illərdə də həmin sahələrin xərc smetasında ilk yerlərdə dayanacağına dair proqnozlar irəli sürür.

“Fitch Solutions”un ehtimalları reallığı əks etdirir

“Fitch Solutions” qeyd edir ki, Azərbaycan hökuməti 2022-2026-cı illərdə Qarabağın bərpasına 28,9 milyard manat sərmayə qoymağı planlaşdırıb. Bu, proqnoz göstəricisi əslində Azərbaycan hökumətinin investisiya gözləntilərinə uyğundur və azad ərazilərdə sərmayə axıcılığının davamlılığına işarə edir. Məlumdur ki, Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə nəhəng quruculuq işləri 4 ildir ki, fasiləsiz və ardıcıllıqla davam etdirilir. 2021-ci ildən sonrakı yeni dövrün büdcə siyasətinə əsasən, əsas xərc prioriteti kimi azad edilmiş ərazilərin bərpası və yenidən qurulması müəyyən edilib. Bu bölgədə şəhər və kəndlərin yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması, o cümlədən elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri strukturların və mədəni-tarixi abidələrin bərpası, yaşayış evlərinin  tikintisi və s. çoxsistemli tədbirlər planı üzrə ötən 4 ildə dövlət büdcəsindən 17,5 milyard manat vəsait yönəldilib. Dövlət birbaşa yerli imkanları, yəni heç bir kənar maliyyə və kredit, borc olmadan, milli büdcə xərcləri hesabına bu ərazilərdə yüzlərlə obyektin təməlləri qoyulub, açılışları baş tutub və digərlərinin icrası isə sürətlə davam etdirilməkdədir. Həmin xərc təminatı hesabına Zəngilan, Füzuli, Cəbrayıl, Suqovuşan, Xocalı, Şuşa, Xankəndi və digər ərazilərə geridönüş təmin edilib.  

Azad ərazilərdə əlavə maliyyə təminatlarının yaradılması da nəzərdə tutulur

Növbəti il və ortamüddətli dövr üçün həmin tədbirlər daha da genişlənəcək, Qarabağ və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası və ərazilərə Böyük Qayıdışın təmin edilməsinə əlavə maliyyə vəsaitləri cəlb olunacaq. 2025-ci ildə bu sahəyə 4 milyard manatdan artıq vəsait ayrılması nəzərdə tutulur. Nəticədə ümumi xərc portfelinin həcmi 22 milyard manata çatacaq. Eyni zamanda, son illərin büdcə siyasəti çərçivəsi üzrə aparılan dürüstləşmələrin 2025-ci ildə də davam etdirilməsi istisna olunmur. Həmin təcrübəyə əsaslanasaq, gələn ilin ortalarında dövlət büdcəsinin gəlir və xərclərində aparılması fərz edilən dəyişikliklər nəticəsində azad ərazilərə yönəldiləcək vəsaitlərin həcminin artımı mümkünləşə bilər. Bu ssenari gerçəkləşdiyi halda ümumi xərc portfeli daha da böyüyərək və növbəti ildə bu rəqəm ən azı 23 milyard manat təşkil edəcək. 

2026-cı ildə büdcə xərclərində sözsüz ki, əsas milli hədəf olan Qarabağ və Şərqi-Zəngəzurda aparılan fasiləsiz quruculuq missiyasının dayanıqlı maliyyə təminatı yenə də ön planda duracaq. Son 4 ilin büdcə təcrübəsinə əsaslansaq, bu ərazilərə ayrılan xərclərin illik 15-20 faiz artımı fonunda 2026-cı ildə növbəti xərc təminatının ən azı 5 milyard manat olacağı istisna deyil. Belə olan halda 2026-cı ildə azad edilmiş ərazilərə quruculuğa start veriləndən sonrakı illərin də maliyyə vəsaitləri nəzərə alınmaqla, cəmi xərclərin məbləği 29 milyard manat olacaq.  “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya”sında nəzərdə tutulan tədbirlər üzrə əlavə maliyyə təminatlarını da nəzərə alsaq, xərc portfelinin məbləği 30 milyard manatı üstələyəcək.

Azad ərazilər iqtisadiyyata öz töhfəsini verməyə başlayır

“Fitch Solutions”un hesabatında o da qeyd edilir ki, Qarabağ və Şərqi Zəngəzura yatırılan investisiyalar Azərbaycan iqtisadiyyatının inkişafına öz töhfəsini verəcək. 2024-cü ildə bu dinamika iqtisadi artıma 1,7 faiz-bənd təsir göstərəcək. 2025-ci ildə isə iqtisadi inkişafa töhfəsi 1,5 faiz-bənd olacaq. Həmin ərazilərdə sənaye və aqrar layihələr həyata keçirilir və artıq öz müsbət nəticələrini verir. Ağdam Sənaye Parkında 5 müəssisə yerli istehsal zəncirinə qoşulub, Araz Vadisi İqtisadi Zonası yaxın günlərdə reinteqrasiya ailəsinə qoşulacaq. Eləcə də aqrar-sənaye kompleksləri milli istehsala öz töhfəsini verməyə başlayıb.

“Fitch Solutions”un mütəxəssislərinin qənaətinə görə, hökumətin azad  ərazilərdə “yaşıl enerji” sektoruna sərmayələri də prioritet xərc bölməsində mühüm yer tutur. Qeyd edək ki, bu bölgədə 7 200 MVt-dan çox günəş, 2000 MVt-adək külək enerjisi üzrə potensial mövcuddur, ölkə üzrə yerli su ehtiyatlarının 25 faizə qədəri də bu bölgədə cəmləşir. Bu hədəfə əsasən, 2025-ci ilin büdcəsində “yaşıl layihələrə” ayrılan vəsaitlərin həcmi 16 faiz artırılacaq, bu vəsaitin böyük bir qismi məhz azad ərazilərdəki “yaşıl” resurslara yönəldiləcək.

Beləliklə, dövlətin azad ərazilərə xərclədiyi vəsaitlər Böyük Qayıdış üzrə bütün hədəflərə nail olmaqla, dayanıqlı iqtisadi inkişaf və ləyaqətli sosial rifaha dərin zəmin yaradacaq.

ELBRUS CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:278
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Noyabr 2024 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see342

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see313

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see276

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see264

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see260

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see250

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see248

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see246

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see243

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see239

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see235

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see234

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see228

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see223

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see219

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see219

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see219

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see209

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see202

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri