Icma.az
close
up
RU
“Milli İrs və Hibrid Təsir” layihəsi çərçivəsində ikinci təlim keçirildi Foto

“Milli İrs və Hibrid Təsir” layihəsi çərçivəsində ikinci təlim keçirildi Foto

Icma.az bildirir, Bakupost portalına istinadən.


Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Bir Təbəssüm” Vətənpərvərliyin Təbliğinə Yardım İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Milli İrs və Hibrid Təsir” layihəsinin ikinci təlim tədbiri uğurla baş tutub.

Bakupost.az xəbər verir ki, tədbirin açılışında layihə rəhbəri, ictimai birliyin sədri İbrahim İbrahimli çıxış edərək layihənin məqsədləri, hədəf auditoriyası və gözlənilən nəticələri barədə iştirakçılara ətraflı məlumat verib. O, milli-mənəvi dəyərlərin qorunması, gənclərin maarifləndirilməsi və hibrid təhdidlərə qarşı cəmiyyətin dayanıqlığının artırılmasının layihənin əsas istiqamətləri olduğunu qeyd edib.

Tədbirdə Milli Məclisin deputatı Naqif Həmzəyev də iştirak edib. Millət vəkili layihənin aktuallığını yüksək qiymətləndirərək, milli-mənəvi dəyərlərin təbliği və informasiya təhlükəsizliyinin təminində ictimai təşəbbüslərin rolunu vurğulayıb. O, gəncləri bu istiqamətdə daha fəal olmağa çağırıb.

Daha sonra layihənin xüsusi qonağı, karyera mütəxəssisi Orxan Mahmudov “Hibrid Müharibənin Cəmiyyətə və Karyera İnkişafına Təsiri” mövzusunda təqdimatla çıxış edib. Təlim zamanı iştirakçılara hibrid təsirlərin fərdi inkişaf və peşəkar həyat üzərindəki təsirləri, psixoloji və informasiya təhlükələrinə qarşı dayanıqlı olmaq yolları barədə faydalı məlumatlar təqdim olunub.

Tədbirdə nəzəri biliklərlə yanaşı, praktiki nümunələr və real situasiyalar da iştirakçılarla paylaşılıb. Diskussiya və sual-cavab formatında davam edən təlim gənclərin mövzunu daha yaxşı mənimsəməsinə şərait yaradıb.

Təlim iştirakçıları tədbirin həm maarifləndirici, həm də motivasiyaedici xarakter daşıdığını bildirərək, layihənin davamlılığını yüksək qiymətləndirdiklərini və əldə etdikləri biliklərin gələcək fəaliyyətlərində faydalı olacağını ifadə ediblər.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 10 İyul 2025 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see291

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see288

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see247

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see229

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see192

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see187

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see187

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see149

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see140

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see139

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see135

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see129

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see129

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see125

Flik: “Belə bir “Çelsi”yə qarşı on nəfərlə oynamaq asan deyil”

26 Noyabr 2025 03:08see121

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see120

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri