Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Milli kinomuz Azərbaycan coğrafiyasını əhatə edə bilirmi?

Milli kinomuz Azərbaycan coğrafiyasını əhatə edə bilirmi?

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yaxud dünya böyük ekranda ölkəmizi necə görür?

Kino və seriallar beynəlxalq miqyasda milli kimliyi, mədəni dəyərləri və turizm potensialını nümayiş etdirmək üçün güclü vasitələrdəndir. Məsələn, qardaş Türkiyədə çəkilən seriallar, Qara dəniz sahillərindən Kapadokiyaya qədər bölgələrin adət-ənənələrini, mətbəxini və ləhcəsini qlobal səviyyədə təbliğ edir.

Türkiyənin regional təbliğat strategiyası isə etnoqrafik detallara daha çox diqqət yetirir. Seriallarda Rizə bölgəsinin ləhcəsi, Qaziantepin mətbəxi və ya Kapadokyanın unikal təbiəti sadəcə fon deyil, hekayənin ayrılmaz hissəsinə çevrilir. Cənubi Koreyada isə "Hallyu" (Koreya dalğası) ilə birlikdə dramalar ölkənin qastronomiyasını, geyimini və kiçik, unikal memarlığa malik şəhərlərini populyarlaşdırır ki, bu da "ekran turizminin" bilavasitə nəticəsidir.

Kino sənayesi vasitəsilə bölgələrin və təbiətin təbliği sahəsində ən uğurlu nümunələrdən biri Yeni Zelandiyadır. "Üzüklərin ağası" və "Hobbit" trilogiyalarından sonra ölkənin turizm şüarı illərlə "Orta dünya" olaraq qaldı. Bu fantastik filmlər sayəsində Yeni Zelandiya təbiət turizmi üçün qlobal istinad nöqtəsinə çevrildi. Eyni şəkildə, Böyük Britaniyada "Harry Potter" filmləri və "Outlander" serialı Şotlandiyanın dağlıq ərazilərində və tarixi qalalarında turizm axınını kəskin artırmış, Kelt mədəniyyətini dirçəltmişdir.

Xalqımızın zəngin mədəniyyətinin, respublikamızın turizm potensialının inkişafı üçün Türkiyə və digər qlobal modellərdən nümunə götürərək kino və serial istehsalında bölgələrə fokuslanma strategiyası tətbiq edilməlidir. Lakin Azərbaycanda kino və seriallar əsasən Bakıda çəkilir. Bölgələr, çox vaxt, sadəcə qısa səhnələr üçün fon olaraq qalır, yerli adətlər, mətbəx və ləhcələr əsas süjet xəttinə daxil edilmir. Halbuki, Azərbaycanın hər bölgəsi ssenari üçün zəngin və tükənməz material bazasıdır.

Mövzu ilə bağlı müsahibimiz, yazıçı-ssenarist Elxan Xanəlizadə regionlarda kino çəkilişlərinin maliyyə və yaradıcılıq maneələrindən söhbət açdı:

– Regional layihələrin həyata keçirilməsi böyük maliyyə vəsaiti tələb edir. Bu baxımdan, belə filmləri sifariş edəcək stabil büdcəyə malik prodüser mərkəzlərinin və ya şəxsi sifarişçilərin olmaması əsas maneədir. Televiziyalar hazırda serial sifariş versələr də, çəkilişlərin demək olar ki, yalnız Bakıda olması regional təbliğat imkanlarını məhdudlaşdırır.

Məsələn, Gəncə Azərbaycanın ən böyük teatrlarından birinə sahib olsa da, orada peşəkar aktyorların sayı kifayət qədər deyil. Bu hal, regional layihələr üçün aktyor heyətinin Bakıdan bölgələrə getməsi zərurətini yaradır ki, bu da layihənin logistika və maliyyə xərclərini əhəmiyyətli dərəcədə artırır. İkinci əsas çətinlik isə yaradıcı proseslə və regional məzmunun autentikliyi ilə bağlıdır. Bakıda olan ssenaristin regiona xas incəlikləri (Şəki, Naxçıvan, Lənkəran) dərindən bilməsi üçün uzun müddət bölgədə yaşaması və xərclərinin ödənilməsi praktikası formalaşmalıdır. Əlavə olaraq, hər bir bölgənin spesifik ləhcəsi var. Azərbaycan aktyorlarının həmin ləhcələri tam mənimsəyib ekranda inandırıcı şəkildə təqdim edə bilməsi də ciddi çətinliklər yaradır. Hazırda kiçik epizod və ya qısametrajlı filmlər çəkilsə də, genişmiqyaslı regional layihələr üçün həm prodüser mərkəzləri formalaşmalı, həm də yerli teatrların və kadrların potensialı artmalıdır.

44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi bu sahədə qürurverici və ümidverici bir dönüş nöqtəsi yaratdı. Bu gün Qarabağın ən gözəl guşələrindən olan Laçında kinostudiyanın yaranması regional audiovizual məkanın dirçəlişinə zəmin hazırlayır. "Hoçazfilm" yaradıcılıq studiyası bu dirçəlişin rəmzidir.

Laçın şəhərində iki inzibati binadan və beynəlxalq standartlara cavab verən çəkiliş pavilyonundan ibarət olan "Hoçazfilm" işğaldan azad edilmiş ərazilərdə yaranan ilk regional audiovizual mərkəzdir. Studiyanın adı Laçın rayonunun əsas rəmzlərindən sayılan Hoçaz qayalıqlarının adından götürülüb. "Hoçazfilm"in əsas missiyası Qarabağ regionunun işğal və işğaldan sonrakı dövrlərinin salnaməsini yaratmaq, bölgədə keçiriləcək mədəni-kütləvi tədbirləri işıqlandırmaq və regionun milli brendlərini təşviq etməkdir.

2023-cü il avqustun 25-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışında iştirak etmişlər. Dövlət başçısı çıxışında qeyd etmişdir ki, xüsusilə indi Qarabağ müharibəsi ilə bağlı, ümumiyyətlə, mövzular çox ola bilər, həm müharibənin özü, həm müxtəlif epizodlar, həm də müxtəlif əməliyyatlar film mövzusu olmalıdır. Birinci xanım Mehriban Əliyeva Vətən müharibəsindən sonra regional kinonun inkişafının yalnız mədəni yox, həm də milli-tarixi bir missiya olduğunu vurğulamışdır.

"Hoçazfilm" yaradıcılıq mərkəzinin rəhbəri, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, kinorejissor Amil Amal regional kinonun inkişafı üçün inzibati qərarların və strateji təminatın vacibliyinə diqqət çəkərək kino sənayesinin hazırda yalnız Bakıdan idarə olunmasının istehsalat prosesinə təsirini vurğuladı:

– Təəssüf ki, kino mərkəzi kimi bütün idarəetmə funksiyaları Bakıda cəmləşib. Serialların 99 faiz çəkilişi və filmlərin post-prodakşn işləri paytaxtda həyata keçirilir. Bu, “Azərbaycanfilm” kinostudiyasının və müstəqil kino şirkətlərinin Bakıda yerləşməsi ilə əlaqəli olsa da, regional inkişafa mane olur. Çox istərdim ki, Mədəniyyət Nazirliyinin kino şöbəsi və ya Azərbaycan Respublikası Kino Agentliyi kimi mühüm qurumlardan biri Qarabağda, məsələn, Xankəndidə yerləşsin.

İşğaldan azad olunmuş ərazilərdə idarəetmə sisteminin lokallaşdırılması ümumi mədəni inkişafa təkan verəcək. Bu mənada "Hoçazfilm" kinostudiyası regionda yaradılan ilk kino qurumudur . “Hoçazfilm” çəkilişlərin çoxunu Qarabağda həyata keçməyə çalışır. Çünki kino həm də bir səlnamədir, bir tarixdir və o kadrlarda Qarabağ torpaqları olmalıdır. Məsələn, bir ildə möhtəşəm şəkildə qurulan Laçın şəhəri Azərbaycanın ən gözəl məkanlarından biridir və orada çəkilən melodrama həm gözəl təbiəti, həm də yeni infrastrukturu təqdim edə bilər.

Azərbaycan coğrafiyası kino sənayesi üçün tükənməz bir bazadır. Səhradan tutmuş, dağlıq regionlara, mağaralara qədər bütün məkanlardan məqsədəuyğun və düzgün şəkildə istifadə olunmalıdır. Bu baxımdan Mədəniyyət Nazirliyinin və Kino Agentliyinin üzərinə böyük məsuliyyət düşür. Filmlərin və serialların regional məzmununun artırılması Azərbaycana çoxşaxəli faydalar gətirəcək. Unudulmaqda olan regional ləhcələr, xalq sənətkarlığı və mətbəx ənənələri populyarlaşacaq və gələcək nəsillər üçün qorunacaq. Bölgələrin zəngin fərqliliklərinin qeyd edilməsi xalqımızın zəngin mədəniyyətə sahib olmasını bir daha təsdiqləyərək, milli kimliyi gücləndirəcək.

Ssenarist, yazıçı, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Nicat Dadaşov regionlarda filmlərin çəkilməməsinin səbəbini iqtisadi amillərlə əlaqələndirərək konkret həll yolları da təklif etdi:

– Hazırda sektorun maliyyə bazası zəifdir. Regional çəkilişlər Bakıdakıdan fərqli olaraq, əlavə nəqliyyat, yaşayış, avadanlıq daşınması və loqistika xərcləri deməkdir. Prodüsserlər, xüsusilə də aşağı büdcə ilə işləyərkən, riskləri azaltmaq üçün filmləri paytaxtda çəkməyə məcbur olurlar. Bölgələrdə yüksək standartlara cavab verən səs studiyaları, post-prodakşn mərkəzləri və ixtisaslaşmış çəkiliş heyəti azdır.

Azərbaycanın regionları (Qarabağın, Şəkinin, Qubanın) turizm üçün hazır dekorasiyalardır və regional dialektlərimiz, zəngin mətbəx mədəniyyətimiz unikal bir kəşfdir. Bu çətinlikləri aradan qaldırmaq üçün Regional Çəkilişlərə Dəstək Fondu yaradılmalı və bu fond Bakıdan kənarda çəkilən hər bir film və seriala əlavə maliyyə və ya “cash rebate” (xərclərin geri qaytarılması) mexanizmi təklif etməlidir. Beləliklə, kino sənayesi, turizm və yerli icmalar arasında sıx əməkdaşlıq mexanizmləri qurulmalıdır.

Arzu ƏLİYEVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Oktyabr 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see603

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see358

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see270

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see263

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see254

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see249

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see247

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see240

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see237

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see231

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see217

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see217

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see208

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see208

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see207

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see203

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see200

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see199

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri