Icma.az
close
up
RU
Sovet dövrü Azərbaycan ədəbiyyatını əhatə edən fundamental nəşr

Sovet dövrü Azərbaycan ədəbiyyatını əhatə edən fundamental nəşr

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 14 iyul, AZƏRTAC

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Azərbaycan ədəbiyyatı tarixi” oncildliyinin yeddinci cildinin birinci hissəsi nəşr edilib. İnstitutun Elmi Şurasının qərarı ilə nəşr olunan yeddinci bu kitab sovet dövrü (1920-1980-ci illər) Azərbaycan ədəbiyyatını əhatə edir. Üç hissədən ibarət yeddinci cildin birinci hissəsi 1920-1950-ci illərdə yaranan ədəbiyyatdan bəhs edir.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Qeyd olunub ki, kitab akademik İsa Həbibbəylinin ümumi redaktəsi ilə nəşr olunub. Cildin redaksiya şurasına AMEA-nın prezidenti İsa Həbibbəyli (baş redaktor), Şirindil Alışanlı, Asif Rüstəmli (məsul redaktorlar), Günay Qarayeva (məsul katib), Mehman Həsənli, Əlizadə Əsgərli, Aygün Bağırlı, Sara Osmanlı, Safurə Quliyeva daxildir.

“Elm” nəşriyyatında işıq üzü görmüş kitab akademik İsa Həbibbəylinin “Sovet dövrü Azərbaycan ədəbiyyatı: Sosialist realizmindən tənqidi realizmə və modernizmə” adlı irihəcmli tədqiqatı ilə başlayır.

Kollektiv elmi-yaradıcılıq məhsulu olan “Azərbaycan ədəbiyyatı tarixi” kitabının yeddinci cildinin birinci hissəsinə 1920-1950-ci illər Azərbaycan ədəbiyyatının inkişaf prosesinə dair icmallar və ədəbi şəxsiyyətlər haqqında oçerklər daxildir. Kitabdakı mövzular dövrlər və istiqamətlər üzrə təqdim olunur. Akademik nəşrdə XX əsr Azərbaycan ədəbiyyatının 1920-1950-ci illər dövrü ilə bağlı poeziya, nəsr, dramaturgiya, ədəbiyyatşünaslıq, ədəbi tənqid, repressiya və ədəbiyyat və digər istiqamətlər üzrə icmallar, qırx yeddi portret-oçerk və xülasə yer alıb.

Fundamental elmi-tədqiqat oçerklərindən ibarət kitabda İsa Həbibbəyli, Şirindil Alışanlı, Asif Rüstəmli, Bədirxan Əhmədov, Safurə Quliyeva, Tehran Əlişanoğlu, Tahir Məsimov, Nizaməddin Şəmsizadə, Nazif Qəhrəmanlı, Aslan Salmanov, Aygün Bağırlı, Rahid Ulusel, Yadigar Əsgərova, Qurban Bayramov, Yaşar Qarayev, Yaqub İsmayılov, Dilarə Adilova, Məmmədəli Mustafayev, Zaman Əsgərli, Məmməd Əliyev, Qəzənfər Paşayev, İlham Məmmədli və Sara Osmanlının tədqiqatları cəmlənib.

Azərbaycan, türk, rus, fars dillərində, eyni zamanda, arxiv materialları və internet resurslarından ibarət ədəbiyyat siyahısını Aytac Nəsirzadə və Rasta Fətiyeva sistemləşdirib. Kitabda Azərbaycan və rus dillərində ətraflı xülasələr də verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 İyul 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri