Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

Milli kinomuzun böyük ustadına...

Milli kinomuzun böyük ustadına...

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycan mədəniyyəti bu gün ən parlaq simalarından birini itirdi — Rasim Balayev artıq aramızda deyil. Xalqımızın sevimli sənətkarı, Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədri, dövlət mükafatı laureatı, “İstiqlal” ordenli görkəmli aktyorumuz Rasim Balayevin vəfatı xəbəri məni dərindən sarsıtdı.

Rasim Balayev Azərbaycan kinosunun simasını formalaşdıran nadir şəxsiyyətlərdən biri idi. Onun yaratdığı obrazlar təkcə sənət nümunəsi deyil, həm də milli ruhun, xarakterin və tariximizin bədii ifadəsi idi. O, yüksək səviyyəli aktyorluq istedadı, dərin daxili aləmi və səhnə mədəniyyəti ilə hər zaman seçilmiş, tamaşaçıların yaddaşında silinməz izlər qoymuşdur.

O, “Nəsimi”, “Babək”, “Dədə Qorqud” və digər möhtəşəm ekran əsərlərində yaratdığı obrazlarla milli kinomuzun zirvəsinə çevrilmişdi. Bu rollar sadəcə aktyor işi deyildi — bu, tariximizin, kimliyimizin və milli ruhumuzun sənətdə təcəssümü idi. Uğurlu rolları ilə o, tək Azərbaycanda deyil, bütün post-sovet məkanında izlənilir, sevilirdi. Dünyanın dört bir yanında yaşayan soydaşlarımız məhz Rasim Babayevin canlandırdığı rollarla tarixi şəxsiyyətlərimizə daha da dərindən məhəbbət bəsləmişlər. Bir sözlə, Rasim müəllim milli kinomuzun simvollarından idi. 

Rasim müəllimlə şəxsi münasibətlərimiz də hər zaman dərin hörmət və səmimiyyət üzərində dayanırdı. O çətin günlərimizin dostu kimi də əvəzsiz xüsusiyyətlərə sahib idi. Onunla bütün söhbətlərimiz Azərbaycan kinosunun inkişafının vacibliyi, keçmiş bədii filmlərimizin mükəmməlliyi, təsirliliyi üzərində qurulurdu. Bir sözlə, Rasim Balayev Azərbaycan milli-mədəni dəyərlərini ürəkdən təmsil edən şəxsiyyət idi. Bu gün biz yalnız bir aktyoru deyil, bütöv bir məktəbi itirmişik.

Xalq artistimiz Rasim Balayevin Azərbaycan mədəniyyəti qarşısında xidmətləri əvəzsizdir. Əminəm ki, onun sənəti gələcək nəsillər üçün örnək olaraq yaşayacaq və hər zaman ehtiramla xatırlanacaqdır.

Bu ağır itki ilə əlaqədar mərhumun ailəsinə, yaxınlarına və bütün sənət ictimaiyyətinə dərin hüznlə başsağlığı verir, səbr diləyirəm.

Allah rəhmət eləsin.

Hörmətlə,

Fizuli Məmmədov,
Rusiya Azərbaycanlıları İttifaqının prezidenti

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Mart 2026 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri