Icma.az
close
up
RU
Milli Kitabxanada “18 aprel Tarixi Abidələrin Mühafizəsi Günüdür” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “18 aprel Tarixi Abidələrin Mühafizəsi Günüdür” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Milli Kitabxanada “18 aprel - Tarixi Abidələrin Mühafizəsi Günüdür”adlı  virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgilərdə Azərbaycanın maddi-mədəni irsi, müxtəlif əsrlərə, dövrlərə aid Azərbaycan memarlığı, Qarabağın ermənilər yaşamış olduğu ərazilərində Azərbaycanın dağıntılara və saxtalaşdırılmalara məruz qalmış abidələri, Qərbi Azərbaycan ərazisində dağıdılmış, adları dəyişdirilmiş, mənimsənilmiş Azərbaycan abidələri,  tarixi yerlər və abidələrdə aparılan tədqiqatlar,  albomlar və s.  Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuatda çap olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər 

https://anl.az/el/vsb/Tarixi_Abidelerin_Muhafizesi_Gunu/index.htm  linkindən istifadə edə bilərlər.

Ənənəvi sərgi bir həftə davam edəcək.

Qeyd edək ki, tarixi abidələr hər bir xalqın konkret coğrafi məkanda minilliklər, əsrlər ərzində formalaşdığını, təşəkkül tapdığını təsdiq edən yeganə mənbələrdir. Bu abidələr keçmişin yadigarları, xalqın milli varlığının maddi sübutları olmaqla yanaşı, gələcəyə uzanan böyük bir yolun ən mühüm bağlantısıdır. Ona görə də bütün dünyada tarixi abidələrin mühafizəsi, gələcək nəsillərə çatdırılması hər bir ölkənin  və beynəlxalq təşkilatların  qarşısında duran əsas vəzifələrdəndir. 

Azərbaycan ərazisində minlərlə tarixi, arxeoloji və memarlıq abidələri aşkar edilib, uzun illər ərzində tədqiqat işləri həyata keçirilib. Aparılan tədqiqatlar nəticəsində ölkəmizin bütün dünyada ən qədim insan məskənlərindən, erkən sivilizasiya mərkəzlərindən biri olması elmi əsaslarla sübuta yetirilib.

Respublikamızda tarixi abidələrin mühafizəsinin çox mühüm hüquqi bazası yaradılib. 1998-ci ildə "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", 1999-cu ildə "Arxeoloji irsin mühafizəsi haqqında Avropa konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə" qanunlar, 2003-cü ildə "Şabran" və "Çıraqqala" qoruqlarının yaradılmasını və "İçərişəhər" qoruğunun fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutan xüsusi sərəncamlar və s. imzalanıb.

Heydər Əliyev Fondunun dəstəyi ilə Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilib. Bu gün UNESCO-nun Ümumdünya irs siyahısında Azərbaycana aid 5 maddi mədəni irs nümunəsi mövcuddur.

 UNESCO-nun Abidələrin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul edilmiş qərarı əsasında 18 aprel - Tarixi Abidələrin Mühafizəsi Günü kimi qeyd olunur. 

Bununla əlaqədar dünyanın demək olar ki, bütün ölkələrində tarixi abidələrlə, onların mühafizəsi və turizm məqsədi ilə istifadəsi yönümündə geniş tədbirlər həyata keçirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Aprel 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri