Icma.az
close
up
RU
Milli Kitabxanada “Akademik Mikayıl Hüseynov 120” adlı kitab sərgisi açılıb

Milli Kitabxanada “Akademik Mikayıl Hüseynov 120” adlı kitab sərgisi açılıb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 19 aprel, AZƏRTAC

Milli Kitabxanada dünya şöhrətli Azərbaycan memarı, akademik Mikayıl Hüseynovun 120 illik yubileyinə həsr olunmuş “Akademik Mikayıl Hüseynov – 120” adlı geniş kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, sərgidə akademik Mikayıl Hüseynovun əsərləri, redaktor olduğu kitablar, Azərbaycan milli memarlığının zənginləşməsində və inkişafında böyük rol oynamış alimin həyat və yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, XX əsr Azərbaycan memarlığının şah əsərləri sayılan müxtəlif tipli memarlıq abidələrinin fotoları, dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Qeyd edək ki, Azərbaycan memarlıq məktəbinin qüdrətli nümayəndəsi, memarlıq tarixçisi, Xalq memarı, ictimai xadim, akademik Mikayıl Ələsgər oğlu Hüseynov 1905-ci il aprelin 19-da Bakıda dünyaya göz açıb. 1911-ci ildə Mikayıl yüksək səviyyəli ümumtədris hazırlığı ilə fərqlənən Bakı realnı məktəbinə daxil olub, 1921-ci ildə II dərəcəli 5-ci məktəbdə təhsilini bitirib. O, 1922-ci ildə Azərbaycan Politexnik İnstitutunun mühəndis-inşaat fakültəsinin memarlıq şöbəsinə daxil olub. 1929-cu ilin dekabrında “Bakı şəhərində mədəniyyət sarayı və kitabxana” mövzusunda diplom layihəsi müdafiə edən M.Hüseynov mühəndis-memar diplomu alıb.

Görkəmli sənətkarın Azərbaycanda aparılan geniş inşaat işlərinə qoşulması isə 1930-cu illərə təsadüf edir.

Azərbaycan Milli Kitabxanası, AMEA-nın Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Nizami Kino Mərkəzi, Elmlər Akademiyasının kompleks şəhərciyi, Bakı Metropoliteninin “Nərimanov” və “Nizami” stansiyalarının memarlıq işləri və s. müxtəlif tipli memarlıq abidələri Mikayıl Hüseynovun adı ilə bağlıdır.

Akademik Mikayıl Hüseynov ölkəmizin yeganə alimidir ki, İngiltərənin kraliçası II Yelizavetanın himayəsində olan İngiltərə və İrlandiyanın Kral Asiya cəmiyyətinin fəxri üzvü seçilib.

Yarım əsrdən artıq bir dövrü əhatə edən zəngin fəaliyyəti ərzində Mikayıl Hüseynov Azərbaycanın milli memarlıq ənənələrini öz yeni axtarışları ilə zənginləşdirib və müasir texnologiyalardan istifadə edərək monumental tikililərin qiymətli nümunələrini yaradıb. Bakı şəhərinin hazırkı memarlıq simasının müəyyənləşməsində onun layihələri əhəmiyyətli yer tutur.

Azərbaycan memarlığının elm kimi təşəkkülündə xüsusi rolu olan alimin ölkə üçün yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm xidmətləri var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Aprel 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri