Milli Kitabxanada “Aprel döyüşləri” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Aprel döyüşləri” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub.
Elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Dördgünlük müharibə”, “Aprel şəhidləri”, “Aprel döyüşlərinin xatirəsi”, Aprel döyüşləri haqqında kitablar, məqalələr, fotoqalereya və s. özündə əks etdirən materiallar tammətnləri ilə nümayiş olunur.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/aprel_doyusleri/index.html linkindən istifadə edə bilərlər.
Qeyd edək ki, Azərbaycan tarixinə Aprel döyüşləri kimi düşən 2016-cı ildə həyata keçirilən dörd günlük hərbi əməliyyat zamanı qazanılmış qələbə şanlı Zəfərimizə gedən yolun başlanğıcı kimi ordumuzun gücünü, xalqımızın yenilməz ruhunu bütün dünyaya göstərdi. 9 il öncə aprelin 2-dən 5-dək davam edən bu döyüşlərdə Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsi, strateji əhəmiyyətli Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi azad edilib. Uğurlu hərbi əməliyyatlar nəticəsində Tərtər rayonunun Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizlənib, minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 03 Aprel 2025 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















