Icma.az
close
up
RU
Milli Kitabxanada “Görkəmli ədəbiyyatşünas alim Salman Mümtaz (18841941)” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “Görkəmli ədəbiyyatşünas alim Salman Mümtaz (18841941)” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın tanınmış görkəmli ədəbiyyatşünas və folklorşünas alimi Salman Məmmədəmin oğlu Əsgərov Şəkinin Gəncəli məhəlləsində 20 may 1884-cü ildə tacir ailəsində göz açıb. O, ilk təhsilini Aşqabadda alıb.

Elmə böyük marağı olan Salman Mümtaz 22 yaşınadək rus, ərəb, fars və urdu dillərini mükəmməl öyrənib.

1908-1909-cu illərdə “Molla Nəsrəddin”, “Zənbur”, “Kəlniyyət”, “Tuti”, “Qardaş köməyi” jurnallarında, “Günəş”, “Səda”, “Tərəqqi”, “İqbal”, “Yeni iqbal”, “Açıq söz” və s. qəzetlərdə “Xortdan bəy”, “Sağsağan”, "Sərçə", "Sərçəqulubəy", "Moz bəy", "Aşqabadlı", "Türkməndost", "S.Əsgərov", "S.M.", "Mümtaz" və s. kimi imzalarla yazıları,  satirik şeiri, məqaləsi, məktubu və mənzum felyetonu dərc olunub.

Salman Mümtaz 1920-1925-ci illərdə Azərbaycanı qarış-qarış gəzərək, öz şəxsi vəsaiti hesabına 200-ə yaxın kitab, əlyazma və məqalə toplamağa nail olur və “Kommunist” qəzetində “Unudulmuş yarpaqlar” adı altında silsilə məqalələr dərc etdirir.

İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh və başqalarının əsərlərinin ilk dəfə külliyyatlarını məhz Salman Mümtaz nəşr etdirib.

Stalin repressiyasının qurbanı olan Mümtaz, 1937-ci ilin oktyabr ayınında həbs olunub və 10 il müddətinə azadlıqdan məhrum edilib. O, həbsdə olarkən 1941-ci ilin sentyabr ayında Oryol şəhərində güllələnib. Onun tərəfindən toplanmış 270 əlyazma həbs zamanı məhv edilib. Salman Mümtaza 1956-cı il noyabr ayının 17-də SSRİ Ali Məhkəməsi tərəfindən ölümündən sonra bəraət verilib.

Mədəniyyət tariximizin fədakar tədqiqatçısının xatirəsi yaddaşlarda yaşayır. Belə ki, Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi onun adını daşıyır.

Milli Kitabxanada  “Görkəmli ədəbiyyatşünas alim Salman Mümtaz (1884-1941)” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Elektron məlumat bazası “Rəsmi sənədlər”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Salman Mümtazın şəxsi fondundan folklor mətnləri”, “Görkəmli şəxslər Salman Mümtaz haqqında”, “Salman Mümtazın istintaq işi haqqında sənədlər”, “Nəşrlər”, “Haqqında”, “Xatirəsinin Əbədiləşdirilməsi”, “Fotoqalereya”, “Videoqalereya" bölmələrindən ibarətdir. Bazada təqdim olunan sənədlər tam mətnləri ilə verilib.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/S.Mumtaz/index.html  linkindən istifadə edə bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Dekabr 2024 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri