Icma.az
close
up
RU
Milli Kitabxanada Mərakeş və Küveytin ədəbiyyat guşələri açılıb

Milli Kitabxanada Mərakeş və Küveytin ədəbiyyat guşələri açılıb

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 3 oktyabr, AZƏRTAC

Oktyabrın 3-də XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Milli Kitabxanada “Mərakeş və Küveyt ədəbiyyatı guşələrinin” açılış mərasimi keçirilib. Açılışda Mərakeş Krallığının Milli Kitabxanasının direktoru Samira El Malizi, Mərakeş Krallığının Azərbaycandakı səfirliyinin nümayəndəsi, Küveyt Milli Kitabxanasının direktoru Seham Alezam, Türkiyə Cümhurbaşqanlığı Millət Kitabxanasının rəhbəri Ayhan Tuğlu və digər şəxslər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, mərasimi Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq, bu günədək kitabxanada 20 ölkənin ədəbiyyat guşəsinin açıldığını bildirib. Onun sözlərinə görə, Beynəlxalq Kitab Sərgisi çərçivəsində müxtəlif ölkələrin ədəbiyyat guşələrinin Milli Kitabxanada açılması ənənə halını alıb. Bu gün isə Milli Kitabxanada Mərakeş Krallığının Milli Kitabxanasının və Küveyt Milli Kitabxanasının ədəbiyyat guşələri açılıb. Azərbaycan Milli Kitabxanasında açılan ədəbiyyat guşələrinin özəlliyi ondadır ki, hər hansı ölkənin mədəniyyəti, tarixi, ədəbiyyatı, coğrafiyası və adət-ənənələri ilə maraqlanan oxucular bu guşələrdən faydalana bilirlər. Həmçinin hər bir guşənin önündə həmin ölkənin Milli Kitabxanasına birbaşa çıxışı təmin edən kompüterlər quraşdırılıb. Oxucular bu vasitələrlə həmin ölkənin zəngin kitab fondundan yararlanırlar. Direktor ədəbiyyat guşələrinin daim yenilənəcəyini və oxucuların tələbatını tam təmin edəcəyini bildirib.

Mərakeş Krallığının Milli Kitabxanasının direktoru Samira El Malizi qeyd edib ki, Mərakeş ədəbiyyatı guşəsi Mərakeş Krallığı ilə Azərbaycan Respublikası arasında dərinləşən mədəni əməkdaşlıq və dosluğun göstəricisidir. O, ədəbiyyat guşəsinin Mərakeşin minilliklərə söykənən qədim tarixindən müasir dövrümüzə qədər çoxrəngli mədəniyyətinə açılan pəncərə olduğunu deyib.

Küveyt Milli Kitabxanasının direktoru Seham Alezami çıxışında 11-ci beynəlxalq kitab sərgisi çərçivəsində Küveyt ədəbiyyat guşəsinin Azərbaycan Milli Kitabxanasında açılmasının sevindirici hal olduğunu qeyd edib. Küveytin zəngin və rəngarəng irsini və mədəniyyətini nümayiş etdirən bu təşəbbüsün iki dost xalq arasında mədəni əməkdaşlığı daha da möhkəmləndirəcəyini söyləyib. O, bu guşədə Küveytin həm qədim irsi, həm də müasir intellektual naliyyətlərinin təqdim olunduğunu bildirib.

Türkiyə Millət Kitabxanasının rəhbəri Ayhan Tuğlu çıxışında oktyabrın 2-də Azərbaycan Milli Kitabxanası ilə Türkiyə Cümhurbaşqanlığı Millət Kitabxanası arasında əməkdaşlıq memorandumu imzalandığını xatırladaraq, Azərbaycan Milli Kitabxanasında artıq mövcud olan Türkiyə ədəbiyyatı guşəsinin gələcəkdə daha da genişlənəcəyini və yeni ədəbiyyatlarla zənginləşəcəyini vurğulayıb.

Sonra Mərakeş Krallığının Milli Kitabxanasının və Küveyt Milli Kitabxanasının ədəbiyyatı guşələrinin açılışı olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri