Icma.az
close
up
RU
Milli Kitabxanada Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illiyi münasibətilə tədbirlər keçirilir

Milli Kitabxanada Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illiyi münasibətilə tədbirlər keçirilir

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 11 may, AZƏRTAC

Bu gün müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Prezident təqaüdçüsü, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Maqsud İbrahimbəyovun anadan olmasının 90 ili tamam olur.

AZƏRTAC xəbər verir ki, Milli Kitabxanada bu münasibətlə “Maqsud İbrahimbəyov -90” adlı elektron məlumat bazası, “Xalq yazıçısı Maqsud İbrahimbəyov -90” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxslər Maqsud İbrahimbəyov haqqında”, “Təbriklər”, “Mükafatları”, "Nəşrlər", "Haqqında", "Xatirəsinin əbədiləşdirilməsi" və bir sıra materiallar tammətnləri ilə nümayiş olunur.

Sərgilərdə isə yazıçının əsərləri, həyat və yaradıcılığı haqqında kitablar, rəsmi sənədlər, mükafatları, dövri mətbuatda çap olunan məqalələri və fotolar nümayiş olunur.

Ənənəvi sərgi bir həftə davam edəcək.

Xatırladaq ki, Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov 1935-ci il mayın 11-də Bakı şəhərində anadan olub. 1960-cı ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini, 1964-cü ildə Moskvada ali ssenari kurslarını, 1973-cü ildə isə ali rejissor kurslarını bitirib. 1964-1971-ci illərdə SSRİ Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsində Azərbaycan üzrə xüsusi müxbir işləyib, sonrakı illərdə bədii yaradıcılıqla və ictimai fəaliyyətlə məşğul olub.

Maqsud İbrahimbəyov istedadlı nasir, dramaturq, kinossenarist və rejissor kimi çoxcəhətli fəaliyyəti ilə tanınıb. 60-cı illərdə ədəbiyyata qədəm qoyan nəslin nümayəndəsi kimi o, müasirlərinin rəngarəng, dolğun obrazlarını yaradaraq öz dəst-xətti ilə geniş oxucu rəğbəti qazanıb. Yazıçının əsərləri kütləvi tirajla çap edilib, bir çox dünya dillərinə tərcümə olunub, pyesləri tamaşaya qoyulub.

Maqsud İbrahimbəyov "Bütün yaxşılıqlara görə ölüm", "Truskaveçə kim gedəcək" , "Ondan yaxşı qardaş yox idi", "Qoy, o bizimlə qalsın", "Bayquş gəldi", "Kərgədan buynuzu" və s. romanların müəllifidir. "Bayquş gəlmişdi" və "Bütün yaxşılıqlar üçün — ölüm!" əsərlərinə görə ona 1976-cı ildə Azərbaycan SSR Dövlət mükafatı verilib.

O, həmçinin hamının sevdiyi "Bizim Cəbiş müəllim", "Uşaqlığın son gecəsi", "Ən vacib müsahibə" və s. filmlərin ssenari müəllifidir.

Maqsud İbrahimbəyov bədii yaradıcılıqla yanaşı, uğurlu ictimai fəaliyyət göstərib, bir neçə çağırış Azərbaycan Milli Məclisinin deputatı seçilib.

Yazıçının xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, “Xalq yazıçısı” fəxri adına (1998), “Şöhrət” (1995), “İstiqlal” (2005) və “Şərəf” (2015) ordenlərinə layiq görülüb.

2025-ci il fevralın 13-də Prezident İlham Əliyev tərəfindən Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 May 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri