Icma.az
close
up
RU
Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyi çərçivəsində virtual kitab sərgisi hazırlanıb

Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyi çərçivəsində virtual kitab sərgisi hazırlanıb

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, dövlət mükafatı laureatı Maqsud İbrahimbəyovun anadan olmasının 90 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyinin keçirilməsinə dair imzaladığı Sərəncamdan irəli gələn tədbirləri həyata keçirmək məqsədilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında yazıçının yaradıcılıq nümunələrindən ibarət virtual kitab sərgisi hazırlanıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə bir sıra rəsmi sənədlərin tam mətni, Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yazıçı haqqında söylədikləri dəyərli fikirlər yer alır.

İstifadəçilər müəllifin müxtəlif illərdə qələmə aldığı, Azərbaycan, ingilis, rus dillərində nəşr edilən və yazıçıya geniş oxucu auditoriyası qazandıran “Qoy o bizimlə qalsın”, “Qarapaltarlı qadın”, “Uşaqlığın son gecəsi”, “Müdrik Sfinks gülümsəyir”, “Ondan yaxşı qardaş yox idi” kimi 20-yə yaxın kitabın tam mətnindən yararlana bilərlər.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual sərgidə Maqsud İbrahimbəyovun həyat və yaradıcılığı, geniş ictimai fəaliyyəti haqqında qələmə alınan “Ədəbiyyatımızın zadəgan nasiri”, “Maqsud İbrahimbəyov: yazıçı, sənətkar, düşüncə adamı”, “İbrahimbəyov fraqmentləri” kimi 10-dan çox məqalənin tam mətni də sərgilənir.

Virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 07 İyun 2025 07:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri