Icma.az
close
up
RU
Milli maraqların müdafiəsinin çətinlikləri Xarici və daxili maneələr, konkret uğurlar

Milli maraqların müdafiəsinin çətinlikləri Xarici və daxili maneələr, konkret uğurlar

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

(Yazı "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusu üzrə hazırlanıb.)


Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da dövlət maraqlarının müdafiəsi sözsüz ki, ən vacib və prioritet məsələlərdən biridir. Yəni ictimai və dövlət maraqlarının müdafiəsi vacib şərtdir. Cəmiyyət və xalq ilə dövlət arasında uçurum olduğu təqdirdə isə dövlətin inkişafı mümkünsüzdür.


Dövlətin sabitliyi və inkişafı


Hər bir dövlətdə olduğu kimi, Azərbaycanda da dövlət maraqlarının təmin olunması və inkişafında sabitlik, təhlükəsizliyin təmin olunması, dayanıqlı inkişaf amilləri mühüm yer tutur.

Eyni zamanda, müəyyən amillər də var ki, dövlət və milli maraqların müdafiəsinə bu və ya digər dərəcədə mane olur və yaxud olmağa çalışır. Dövlətin məqsədi həmin amilləri üzə çıxarıb, onları neytrallaşdırmaqdır.

Milli maraqların müdafiəsinin çətinlikləri

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirir ki, yerləşdiyimiz regionun böyük güclərin maraq dairəsində olması faktı istər-istəməz milli maraqların müdafiəsini çətinləşdirir:

"Azərbaycanın yerləşdiyi region geosiyasi baxımdan çox mürəkkəbdir. Burada böyük güclərin maraqları toqquşur. Bu isə öz növbəsində milli maraqların müdafiəsini çətinləşdirir. Xarici təhdidlər, informasiya müharibəsi, dezinformasiya kampaniyaları daima müşahidə olunur. Daxildə isə səmərəsizlik, siyasi bütləşmə kimi amillər də dövlətin maraqlarının müdafiəsini zəiflədə bilər".


Həmsöhbətimiz bildirir ki, hazırda Azərbaycanda yuxarıda qeyd edilən mənfi amillər artıq yoxdur:

"Amma bununla belə, idarəçiliyin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi vacib məfhumlardan biridir. Ənənəvi yanaşmaya görə, milli maraqlar yalnız hərbi güclə qorunur. Halbuki iqtisadi, hüquqi, sosial və mədəni dəyərlər də bu məsələdə eyni dərəcədə önəmlidir".

Dövlət başçısının rolu və siyasətin ardıcıllığı

Ekspert qeyd edir ki, dövlət və milli maraqların qorunması istiqamətində dövlət başçısının rəhbərliyi altında ardıcıl və prinsipial siyasət həyata keçirilir:

"Bir tərəfdən güclü hüquqi baza və dövlət institutları möhkəmləndirilir. Digər tərəfdən isə şəffaflıq və hesabatlılıq artırılır. Ən vacib məqamlardan biri də odur ki, Prezidentin də vurğuladığı kimi, milli maraqlar heç vaxt güzəşt predmeti olmayacaq. Prezidentin bu qətiyyətli mövqeyi daha aydın şəkildə sonuncu dəfə "Əl-Ərəbiyyə” televiziya kanalına verdiyi müsahibəsində dünya ictimaiyyətinə təqdim olundu".

Milli maraqların müdafiəsinin nümunələri

Hüquqşünas deyir ki, Vətən müharibəsində qazandığımız qələbə, Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində aparılan quruculuq işləri milli maraqlarımızın necə qətiyyətlə müdafiə edildiyinin bariz nümunəsidir:

"İnformasiya təhlükəsizliyi sahəsində konkret addımlar atılır. Dezinformasiyaya qarşı milli informasiya siyasəti qurulur. İqtisadi müstəqilliyin təmin olunması üçün diversifikasiya siyasəti həyata keçirilir. Xarici siyasətdə çoxşaxəli və balanslı yanaşma aparılır. Eyni zamanda, prinsipial mövqe Azərbaycanın milli maraqlarının müdafiəsində mühüm rol oynayır. Dövlətin milli maraqlarının qorunmasında həlledici amil Prezidentin liderliyi və dövlətlə xalqın birliyidir".

Rüfət Sultan


Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Avqust 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri