Icma.az
close
up
RU
Milli Məclis sürücüləri çətin duruma salıb DEPUTATLAR OXUMADIĞI LAYİHƏYƏ SƏS VERİB

Milli Məclis sürücüləri çətin duruma salıb DEPUTATLAR OXUMADIĞI LAYİHƏYƏ SƏS VERİB

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi sərnişin və yük daşıma ilə məşğul olan sürücüləri çətin duruma salıb”.

Bunu Gununsesi.info-ya uzun illər Milli Məclisdə çalışmış hüquqşünas Rahim Axundov deyib.

Onun sözlərinə görə, bugün  özəl sektorun işçilərinin (sərnişin və yük daşımalarını həyata keçirən fiziki və hüquqi şəxslərinin sürücülərinin) hüquqları qəbul edilmiş və qüvvəyə minmiş qanunlardakı bəzi yanlış normalar nəticəsində hər gün pozulur:

Bu yanlış maddələrdən biri də İnzibati xətalar məcəlləsinin 326-cı maddəsidir. Belə ki, maddənin dispozisiyası yanlış formada yazılıb və yanlış formada da qüvvəyə minib. Nəticədə sərnişin və yük daşıyan 100 minlərlə sürücünün hüquqları pozulmuş vəziyyətdədir. Hökumət qurumları bu suallara cavab verə bilmir”.

Rahim Axundov xatırladıb ki, bu məcəllə 2015-ci ildə Milli Məclisdə qəbul edilib:”2024-cü ildə də bu 326-cı maddəyə Milli Məclisdə dəyişiklik edilib.Lakin nə 2015-ci ildə, nə də 2024-cü ildə Milli Məclis bu yanlışlığı görməyib və ya düzəliş etməyib. 

Yekunda əziyyət çəkən biz özəl sektorun işçiləri oluruq.Yanlış dispozisiyası olan maddəyə əməl edilməməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə sanksiyasına məruz qalır.

Bu yanlışlığı görmək üçün gəlin, sözügedən 326-cı maddəsinin dispozisiyasını birlikdə nəzərdən keçirək: “Sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə -” Bu cümlədə “və digər” sözünə qədər bir və ya bir neçə tibbi müayinə sadalanmalı idi ki, ondan sonra “və digər tibbi müayinə” tələbi qoyula bilərdi.” Digər tibbi müayinə nə deməkdir? Bu sözlə qanunverici nəyi nəzərdə tutub, anma düzgün ifadə edə bilməyib?

“Və” bağlayıcısının o formada maddədə işlənməsinin heç bir qrammatik,üslubi əsası yoxdur.Qanun layihəsini Mlli Məclisdə qəbul edəndə cümlələri özləri də bir oxumalı idilər. Qanunda hər sözün,hətta “və” bağlayıcısının hüquqi çəkisi var.Biz nəyə görə dispozisiyası yanlış yazılmış maddənin yaratdığı çətinlikləri qəhrəman kimi dəf etməliyik? Çünki bu maddədə “və digər tibbi müayinə” mülahizəsinə görə maddəni tətbiq edən qurumun əməkdaşı sürücüdən “n” sayda tibbi müayinə də tələb edə bilər. 

Digər tərəfdən yazıq sürücülərdən hər gün tibbi müayinə tələb etmək digər sürücülərlə müqayisədə onların hüquqlarının pozulması deməkdir. Səhər saat 6-da reysə çıxan sürücü tibbi müayinə haradan keçməlidir və nə vaxt keçməlidir? Bu da maddənin yatardığı bürokratik və inzibati maneədir.

Ona görə də xahiş edirəm ki, Milli Məclis bu yanlışlığı təcili şəkildə aradan qaldırmalı və buna qədər isə maddənin tətbiqinə moratorium qoyulmalı və maddədə yük maşını sürücülərinin hüquqlarına münasibətdə yaradılan inzibati və bürokratik maneə aradan qaldırılmalıdır”.

Afət Abbasova 

Gununsesi.info 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 02 Sentyabr 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri