Milli Məclis yeni hakim təyinatlarını təsdiqlədi ADLAR
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda bir sıra hakimlərin vəzifələri dəyişdirilərək Ali Məhkəmə və apellyasiya məhkəmələrinə yeni təyinatlar müzakirə edilib.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Müzakirəyə təqdim olunan sənədə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Sənan Məmməd oğlu Qarayevin vəzifəsindən azad edilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin olunması, Xankəndi Şəhər Məhkəməsinin sədri İlkin Qismət oğlu Abdullayevin isə vəzifəsi dəyişdirilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi təklif olunur.
Bununla yanaşı, Aytən Heydər qızı Əliyeva, Telman Qulaməli oğlu Hüseynov, Elnur Aləm oğlu Nuriyev, Fərid Sabir oğlu İsmayılzadə, Elşən Uğur oğlu Abdullayev, Elməddin Mirpaşa oğlu Hüseynov və Rəna Nazim qızı Qafarovanın vəzifələri dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi nəzərdə tutulur.
Sənədə əsasən, Vahid Nəriman oğlu Sadıqovun vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi, Nural Turab oğlu Əliyevin isə vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad olunması təklif edilir.
Həmçinin Bilal Mahir oğlu Məmmədovun Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi, Etibar Mustafa oğlu Mustafayev və Anar Əlifğa oğlu Əsgərovun Şəki Apellyasiya Məhkəməsinin hakimləri, Fəxri Hümmət oğlu Hacızadə və Nicat Rauf oğlu Ağabəyovun isə Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin olunmaları nəzərdə tutulur.
Deputatlar yekdilliklə yeni təyinatlara səs verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 26 May 2026 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















