Icma.az
close
up
RU
Milli Məclisdə “Azərbaycanın media resurslarına 20 fevral hücumları: kibermüdaxilədən dezinformasiyaya” mövzusunda ictimai müzakirə keçirilib

Milli Məclisdə “Azərbaycanın media resurslarına 20 fevral hücumları: kibermüdaxilədən dezinformasiyaya” mövzusunda ictimai müzakirə keçirilib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 2 may, AZƏRTAC

Mayın 2-də Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının “Azərbaycanın media resurslarına 20 fevral hücumları: kibermüdaxilədən dezinformasiyaya” mövzusunda ictimai müzakirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, ictimai müzakirədə Milli Məclisin deputatları, ölkənin beyin mərkəzlərinin nümayəndələri, media və vətəndaş cəmiyyətinin təmsilçiləri, kibertəhlükəsizlik sahəsində mütəxəssislər, ekspertlər və digər şəxslər iştirak ediblər.

Müvəqqəti komissiyanın sədri Ramid Namazov çıxış edərək bildirib ki, cari il fevralın 20-də ölkə ərazisində fəaliyyət göstərən bir sıra aparıcı media resurslarına qarşı kiberhücumlar həyata keçirilib. Budəfəki hücumlar əvvəlkilərdən miqyası və istifadə edilən vasitələr baxımından fərqlənib. Bu hücumlar nəticəsində Azərbaycanda fəaliyyət göstərən ondan çox aparıcı media resursuna qarşı koordinasiyalı və siyasi motivli kiberhücumlar həyata keçirilib.

Aparılan araşdırmalar nəticəsində bu hücumların ölkəmizdə indiyə qədər qeydə alınmış ən ciddi kibermüdaxilə hadisələrindən biri olduğu məlum olub. İlkin nəticələrə görə, hücumlar zamanı əsasən xüsusi xidmət orqanları tərəfindən geniş istifadə olunan “saxta bayraq” (false flag) əməliyyatlarının tətbiq edildiyi müəyyənləşib.

Kiberhücumun mənbəyi barədə danışan müvəqqəti komissiyanın sədri diqqətə çatdırıb ki, kiberhücum aktının təhqiqatı bir-birindən asılı olmayan iki müstəqil peşəkar komanda tərəfindən aparılıb və əldə olunan nəticələr üst-üstə düşüb. Araşdırma çərçivəsində sistem qeydləri və zərərverici proqram izləri təhlil edilib, hücum edənlərin davranış analizi aparılıb. Nəticədə, hücumların yüksək səviyyədə təşkilatlanmış, yalnız texniki deyil, eyni zamanda, psixoloji təsir yaratmağa yönəlmiş kibercasus qrupu tərəfindən həyata keçirildiyi məlum olub. Qeyd olunub ki, bu qrup beynəlxalq kibertəhlükəsizlik mütəxəssisləri tərəfindən dövlətə bağlı aktor kimi təsnif edilir.

Diqqətə çatdırılıb ki, bu kiberhücumlar üçün təhrikedici bəhanə kimi bəzi media resurslarının həmin məsələlərlə bağlı süjetlər və araşdırma materialları hazırlamalarından istifadə edilib. Əsas məqsəd media sahəsindəki etibara zərbə vurmaq və rəqəmsaltəhlükəsizliyi sarsıtmaq olub. Hücumun məqsədi bir qədər öncə baş vermiş bu hadisələrə görə iz buraxmadan qisas almaq niyyəti daşıyıb.

Bununla yanaşı, kiberhücumlar zamanı “saxta bayraq” əməliyyatlarına bənzər üsullardan istifadə olunaraq qeyri-qanuni hesab edilən qruplaşmaya məxsus loqo və “Qurani-Kərim”dən ayələrin yer aldığı təxribat xarakterli şəkillərin hücuma məruz qalan saytlar üzərindən yayıldığı və bununla da izlərin çaşdırılmasına cəhd edildiyi müəyyən olunub.

Paralel şəkildə, bir sıra xarici media resurslarında ölkəmizin media resurslarına qarşı DDoS hücumlar həyata keçirildiyinə dair dezinformasiya kampaniyasının aparıldığı da aşkarlanıb. Halbuki nə “Global Media Group”, nə də digər müvafiq qurumlar tərəfindən həmin gün və sonrakı dövrdə kiberhücumun növü ilə bağlı hər hansı rəsmi açıqlama verilməyib.

Kiberhücum barədə ətraflı məlumat verən “GlobalMedia Group”un İdarə Heyətinin üzvü Orxan Məmmədov baş vermiş insident və müzakirə olunan mövzu ilə bağlı fikirlərini bildirib.

Sonra hadisələrin xronologiyası barədə danışan Ramid Namazov deyib ki, hücumun əsas hədəfi “Global Media Group”a daxil olan resurslar olub. Hadisə zamanı qrupun daxili infrastrukturu zərərverici proqramla yoluxdurulub, sistem inzibatçısına məxsus kompüter ələ keçirilib və ehtiyat nüsxələrin saxlanıldığı serverə giriş təmin edilib. Hücum nəticəsində veb-server məlumatları məhv edilib, ehtiyat nüsxələr silinib və infrastruktura giriş məhdudlaşdırılıb. Eyni zamanda, diqqətə çatdırıb ki, hücuma məruz qalan media resurslarının kibertəhlükəsizliyinin təmin edilməsi məqsədilə aidiyyəti qurumlar tərəfindən dərhal müvafiq addımlar atılıb.

Bildirilib ki, hücum zamanı istifadə olunan IP ünvanları və domenlər müəyyən edilib. Araşdırmalar nəticəsində məlum olub ki, hücumların bir hissəsində ölkədaxili IP ünvanlarından da istifadə olunub. Bununla belə, həmin şəxslərin Azərbaycan vətəndaşı deyil, əcnəbi olduqları qeyd olunub.

Ekspertiza nəticəsində istər hücum zamanı istifadə edilən texniki üsullar, istərsə də davranış modelləri hücumun xarici ölkə ilə əlaqəli xüsusi qrupa məxsus olduğu aşkar edilib. Bu qrup xüsusi əhəmiyyətli kiberəməliyyatlar həyata keçirən mütəşəkkil dəstədir. Kibercasusluqla məşğul olan bu qrupun fəaliyyəti əsasən hökumət qurumlarını, xarici diplomatik nümayəndəlikləri, habelə siyasət, müdafiə, enerji, media və digər kritik sahələri hədəf almaqdan ibarətdir. İş metodlarına gəlincə isə, bir çox üsullardan, kibermüdaxilə alətlərindən istifadə edirlər. Onlardan biri də uzun müddət öncədən hədəfin sistemlərinə daxil olaraq, orada möhkəmlənmək və lazım olan anda hərəkətə keçməkdən ibarətdir. Məhz tətbiq etdikləri bu metod və siyasi məqsəd daşıyan motivləri onları digər kibercinayətkar qruplardan fərqləndirir.

Tədbirdə Milli Məclisin deputatları Zaur Şükürov, Rizvan Nəbiyev, Sevil Mikayılova, Nigar Məmmədova, Rasim Musabəyov, Nurlan Həsənov, Samir Vəliyev, Əminə Ağazadə çıxış ediblər. Onlar qeyd ediblər ki, kiberməkanda casusluq, təxribat və dezinformasiya kampaniyaları genişlənməkdədir. Kiberhücumlar hadisələri manipulyasiya etmək üçün əsas vasitələrə çevrilir. Deputatlar son zamanlar Azərbaycanın yaratdığı yeni reallıqları həzm edə bilməyən qüvvələr tərəfindən ölkəmizə qarşı hibrid təhdidlərin intensivləşdiyini və bu təhdidlərin media resurslarına kiberhücumlar şəklində də özünü göstərdiyini bildiriblər. Deputatlar rəqəmsallaşmanın sürətlə yayıldığı bir dövrdə kiberhücumlardan qorunmağın aktuallığını vurğulayıblar, bu sahədə maarifləndirmənin və insanların zəruri vərdişlərə yiyələnməsininəhəmiyyətini qeyd ediblər. Bildirilib ki, kiberhücumların qarşısının alınması üçün mövcud hüquqi və texniki imkanların təkmilləşdirilməsi vacibdir.

İctimai müzakirələrdə iştirak edən Azərbaycan Milli QHT Forumun İdarə Heyətinin sədri Ramil İskəndərli, Mətbuat Şurasından Hacıbəy Heydərli, Fərid Pərdəşünas, Sosial Tədqiqatlar Mərkəzindən Tural İsmayıl, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzindən Zaur İbrahimli, dezinformasiya ilə mübarizə sahəsində ekspert Sənan Nəcəfov, Jurnalistlərin Həmkarlar İttifaqı İctimai Birliyinin sədri Müşfiq Ələsgərli çıxışlarında media subyektlərinə kiberhücumların qarşısının alınması, bu istiqamətdə müvafiq cavab tədbirlərinin həyata keçirilməsi, media işçilərinin kiberhücumlarla mübarizəyə dair təlimlərə cəlb edilməsi ilə bağlı fikirlərini bölüşüblər, qeyd və təkliflərini səsləndiriblər.

Tədbirə yekun vuran Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın sədri Ramid Namazov müzakirələrdə səslənən fikirləri ümumiləşdirərək media resurslarının kibertəhdidlərdən qorunması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi, o cümlədən bu sahədə qanunvericiliyin təkmiləşdirilməsi, media subyektlərinin kibertəhlükəsizlik biliklərinin və bacarıqlarının artırılması ilə bağlı bəzi tövsiyələri səsləndirib.

Ramid Namazov əlavə edib ki, dünyanın ən güclü kibercasus qruplarından biri tərəfindən həyata keçirilmiş bu hücumun icraçılarının dəqiq şəkildə müəyyənləşdirilməsi informasiya təhlükəsizliyi sahəsində milli maraqlara əsaslanan siyasətin uğurla həyata keçirildiyini bir daha təsdiqləyir. Sonda vurğulanıb ki, dövlətimiz formasından asılı olmayaraq istənilən təhdidi vaxtında aşkara çıxarmağa, qarşısını almağa və onu neytrallaşdırmağa tam qadirdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 May 2025 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see124

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri