Milli Məclisdə bir sıra qanunlara təklif edilən dəyişiklər birinci oxunuşda təsdiqlənib AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 29 dekabr, AZƏRTAC
Parlamentdə Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin dekabrın 29-da keçirilən iclasının gündəliyinə daxil edilmiş qanun layihəsi BMT-nin Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması üzrə Komitəsinin 33-cü sessiyası çərçivəsində verilmiş tövsiyələrə uyğun hazırlanıb.
Layihə hazırlanarkən bir sıra dövlətlərin təcrübəsi nəzərdən keçirilmiş, yekun olaraq, Gürcüstan dövlətinin təcrübəsindən istifadə edilmişdir. Bu qanun layihəsində Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında" Azərbaycan Respublikasının qanunlarında müvafiq maddələrində "qanunsuz miqrantların saxlanılması" sözlərinin "müvəqqəti yerləşdirmə" və "müvafiq icra hakimiyyəti orqanının müvəqqəti yerləşdirmə" sözləri ilə əvəz edilməsi təklif edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 29 Dekabr 2024 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















