Icma.az
close
up
RU
Milli Məclisdə Əli Kərimlinin həbsindən danışıldı

Milli Məclisdə Əli Kərimlinin həbsindən danışıldı

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Son günlər AXCP funksionerləri barəsində başlanmış cinayət təqibi ilə əlaqədar müşahidə olunan ajiotaj boğaza qədər çirkaba batmış ünsürlərin narahatlığından başqa bir şey deyil. Çünki aidiyyəti cinayət təqibi kimisə cəzalandırmağa yox, yalnız qanunla cinayət hesab olunan əməli törədənlərin ifşası və məsuliyyətə cəlb etməsini nəzərdə tutur. Görünür, AXCP funksionelərini qorxudan da elə budur. Onlar bilir ki, bu araşdırma xəyanətlərinin ifşasında ehtiva olunan siyasi sondur. Çünki Ulu Öndərin hələ 29 dekabr 2000-ci ildə xalqa müraciətində də ifadə olunduğu kimi Qorboçovun yenidənqurma siyasətini dəstəkləyən bir qüvvə kimi rəsmi qeydiyyata alınan Xalq cəbhəsi, hər zaman imperializmin bürosu olub”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

“Düzdür, indi özlərini Rusiya əleyhdarı qüvvələr kimi təqdim etməyə cəhd göstərirlər, amma bu sadəcə ucuz populizm və gözə kül üfürmədir. Nə Elçibəyə qədər, nə Elçibəydən sonra heç bir prezident “Rusiya-Azərbaycan sərhəddi olmamalıdır”, yaxud “Azərbaycan-İran sərhədlərini Rusiya ilə müştərək qorumalıyıq” kimi bəyanatlar verməyib.

Ona görə də Cəmil Həsənli kimi heç bir milli və əxlaq dəyəri olmayan siyasi buqələmun çevriliş cəhdi ittihamlarını öz aləmində rədd edib deməməlidir ki, AXCP-nin əsas məqsədi Rusiyaya qarşı mübarizə aparmaq olub. Arqument gətirilər ki, guya bunlar rus qoşunlarını ölkədən çıxarıb. Yaxşı, AXCP rus ordusunu ölkədən çıxarmışdısa, 2012-ci ilə qədər 2 mindən artıq rus hərbçisi Qəbələ RLS-də necə xidmət edirdi?

Əgər bir ölkənin Ali Baş Komandanı Azərbaycan-İran sərhədlərinin Rusiya hərbçiləri tərəfindən qorunmasını dili ilə deyirdisə, rus əsgərlərinin ölkədən çıxarılması barədə tezislər əbləhlikdir. Rus əsgərini Azərbaycandan İlham Əliyev çıxarıb: 2012 və 2024-cü illərdə.

İndi öz xəyanətləri fonunda hazırkı Azərbaycan iqtidarını Rusiya ilə müttəfiqlikdə ittiham etməyə çalışırlar. O zaman cavab versinlər: bu müttəfiqlik hansı milli maraqlar bahasına başa gəlib?

Kərimli-Mehdiyev cütlüyü kimi xəyanətkarların simasında hakimiyyət çevrilişi üçün gözü şimalda, əmrə müntəzir dayanan qüvvələrdən fərqli olaraq İlham Əliyev iqtidarı bütün münasibətlərdə Azərbaycanın ləyaqətli bərabərhüquqlu tərəf kimi hərəkət azadlığını təmin edib.

Bu müstəqil siyasət bizə Rusiyanın müttəfiqi olan Ermənistanın müharibədə yerlə yeksan edilməsi, rus sülhməramlılarını vaxtından ilyarım əvvəl Qarabağdan çıxarılması, təyyarə qəzasına görə bu ölkə rəhbərliyinin üzr istəməsi kimi çoxsaylı nümunələrin misalında suveren iradə nümayiş etdirməyə imkan verib.

Ona görə də manipuliyasiyalara, qalxan ajiotajlara qətiyyən meydan verilməməlidir. Aidiyyəti orqanlar qətiyyətli davranmalı, antimilli maraqların təşkilatlandığı AXCP-nin fəaliyyətinə birmənalı son qoyulmalı, eyni radikal mövqe sərgiləyən digər siyasi ünsürlər ətrafında araşdırmalar başlamalıdır.

Bu gün Azərbaycandan başqa heç bir keçmiş sovetlər birliyi ölkəsində Xalq cəbhəsi anlayışı qalmayıb. Bu bitmiş bir məfhumdur və unutmayaq ki, heç bir “demokratiya” oyunu milli maraqdan daha üstün deyil”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Dekabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see696

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see537

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see486

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see355

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see338

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see289

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see275

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see269

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see256

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see233

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see229

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see228

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see228

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see215

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see215

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see209

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see192

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see188

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see186

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri