Icma.az
close
up
RU
Milli Məclisdə Meksikanın parlament nümayəndə heyəti ilə görüş oldu

Milli Məclisdə Meksikanın parlament nümayəndə heyəti ilə görüş oldu

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

Noyabrın 20-də Milli Məclisin deputatı, Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva COP29-da iştirak etmək üçün ölkəmizdə səfərdə olan Meksika parlamentinin nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Adalet.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nümayəndə heyətində Meksika parlamentinin deputatları - MORENA Partiyasından Rosio Adriana Abreu Artinyano, Milli Hərəkət Partiyasından (PAN) Fidel Daniel Çimal Qarsiya, Əmək Partiyasından  (PT) Mariya İsidra de la Luz Rivas, İnstitusional İnqilab Partiyasından (PRI) Erubiel Lorenso Alonso Ke, Meksika Yaşıl Ekologiya Partiyasından (PVEM) Xesus Martin Kuanalo Arauxo  təmsil olunublar.

Meksika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunu rəhbəri Jalə Əliyeva qonaqları Milli Məclisdə salamlamaqdan məmnunluğunu ifadə edib. Məsafə etibarilə uzaq olan ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlğın inkişafının əhəmiyyətindən danışıb.

O, cari ildə ölkəmizdə baş tutan Prezident və parlament seçkiləri barədə qonaqlara məlumat verib. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbədən, antiterror tədbirləri nəticəsində ölkəmizin həm ərazi bütövlüyünün, həm də suverenliyinin tam bərpa edildiyindən bəhs edib. Keçmiş Qarabağ münaqişəsi ilə bağlı Meksika tərəfinin tutduğu ədalətli mövqeyi, Meksika parlamentində Xocalı soyqırımının tanınmasını yüksək dəyərləndirib.

Millət vəkili ötən il Milli Məclisin nümayəndə heyətinin Meksikaya səfərini, keçirilən görüşləri xatırlayaraq, qarşılıqlı səfərlərin parlamentlərarası əlaqələrin inkişafına töhfə verdiyini söyləyib.

Azərbaycanla Meksika arasında dostluq əlaqəlindən bəhs edən Jalə Əliyeva Meksika nümayəndə heyətinin Azərbaycanın evsahibliyi ilə keçirilən COP29 konfransında iştirakını yüksək dəyərləndirib.

Tədbirin iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində, o cümlədən ətraf mühitin mühafizəsi, bərpa olunan enerji mənbələrindən geniş istifadə edilməsinin təşviqi baxımından xüsusi önəm daşıdığını vurğulayıb.

Milli Məclisin deputatları Elşən Musayev və Kamran Bayramov iki ölkə arasında münasibətlərin möhkəmlənməsində parlamentlərin rolu, habelə dostluq qrupları arasında əlaqələrin genişləndirilməsi, deputatlarımızın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının inkişafı barədə söhbət açıblar.

Görüşdə çıxış edən Meksika nümayəndə heyətinin üzvləri səmimi söhbətə və qonaqpərvərliyə görə minnətdarlıq ediblər. Belə görüşlərin ikitərəfli münasibətlərin gücləndirilməsinə xidmət etdiyini bildiriblər. Hər iki ölkənin parlamentləri arasında əlaqələrin inkişafı, dostluq qruplarının əməkdaşlığı, qanunvericiliklə bağlı təcrübə mübadiləsi barədə fikirlərini bölüşüblər.

Qonaqlar dünya miqyasında böyük əhəmiyyətə malik COP29 konfransının Azərbaycanda yüksək səviyyədə təşkil edildiyini vurğulayıblar. Konfransda müzakirə olunan mövzuların aktuallığını qeyd ediblər.

Söhbət zamanı Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabayero, Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov çıxış edərək, ölkələrimiz arasında münasibətlərin inkişafı, müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün potensial imkanlar barədə fikirlərini açıqlayıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://adalet.az
archiveBu xəbər 20 Noyabr 2024 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri