“Şahzadə Mustafa”dan etiraf
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türk televiziya tarixində iz qoyan "Muhteşem Yüzyıl" serialında "Şahzadə Mustafa" obrazı ilə yadda qalan tanınmış aktyor Mehmet Günsür illər sonra hər kəsin yaddaşına həkk olunan məşhur edam səhnəsinin pərdəarxası məqamlarını açıqlayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Fatih Altaylının "YouTube" kanalındakı "Pazar Sohbeti" proqramına qonaq olan aktyor iki il boyunca hazırlaşdıqları faciəvi səhnənin onda və bütün çəkiliş heyətində dərin izlər buraxdığını bildirib.
"Şahzadə Mustafa"nın tarixi aqibətinin əvvəldən bəlli olduğunu xatırladan Günsür bu gözləntinin yalnız ona aid olmadığını, bütün komandanın və milyonlarla tamaşaçının eyni anı yaşadığını vurğulayıb: "Bu, iki il boyunca təkcə mənim deyil, bütün komandanın və bütün izləyicilərin gözlədiyi şey idi. Bir atanın oğlunu öldürməsi çox böyük bir hadisədir. Səhnənin üzərimizə yüklədiyi fəlsəfi və emosional ağırlıq olduqca böyük idi. İki il həyat verdiyin bir obrazın ölümünü canlandırmaq, həqiqətən, çox çətin idi".
Söhbət zamanı Fatih Altaylının "Şahzadə Mustafa"nın Bursadakı türbəsini ziyarət edib-etmədiyini soruşmasına Günsür maraqlı bir detalla cavab verib. Edam bölümü yayımlanmazdan əvvəl türbəni ziyarət etməyi planlaşdırdığını, lakin bunun baş tutmadığını deyən aktyor həmin günlərdə yaşananları belə xatırladıb: "Həmin bölümün yayımlandığı günün səhəri Bursadakı türbəyə qeyri-adi dərəcədə böyük ziyarətçi axını oldu. Yaranan böyük izdiham səbəbindən türbə az qala ziyarətlərə bağlanmaq məcburiyyətində qaldı".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 09 Noyabr 2026 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















