Icma.az
close
up
RU
Milli Məclisə İstilik təchizatı haqqında yeni qanun layihəsi daxil olub

Milli Məclisə İstilik təchizatı haqqında yeni qanun layihəsi daxil olub

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Milli Məclisə "İstilik təchizatı haqqında" yeni qanun layihəsi daxil olub.

APA-nın xəbərinə görə, layihə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsi 7 fəsil, 26 maddədən ibarətdir.

Layihəyə əsasən, istilik təchizatı sektorunda aşağıdakı fəaliyyət növləri var:

- istilik enerjisinin istehsalı;

- istilik enerjisinin paylanması (o cümlədən ötürülməsi);

- istilik enerjisinin satışı.

İstilik təchizatı subyektlərinin bu qanunda göstərilən bir və ya bir neçə fəaliyyətlə məşğul olmasına hər hansı məhdudiyyət tətbiq edilmir.

Bu qanunun tələblərini pozan şəxslər qanunla nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaqlar.
Qeyd edək ki, yeni qanun layihəsi “İstilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 aprel tarixli 3233 nömrəli Sərəncamının 2.3-cü bəndinin icrası məqsədilə hazırlanıb. Layihənin qəbulunda məqsəd istilik enerjisinin istehsalından, paylanmasından (ötürülməsindən), satışından və istehlakından irəli gələn iqtisadi münasibətlərin hüquqi əsaslarını, istilik təchizatı sahəsinin tənzimlənməsində dövlət orqanlarının və tənzimləyicinin səlahiyyətlərini, istilik təchizatı subyektlərinin hüquq və vəzifələrini müəyyən etməkdən, istehlakçıların istilik enerjisi təchizatının keyfiyyətinin yüksəldilməsindən ibarətdir.
İstilik təchizatı sahəsi “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 3 aprel 1998-ci il tarixli 459-IQ nömrəli Qanunu ilə tənzimləndiyi üçün, yeni “Elektroenergetika haqqında” qanunun qüvvəyə minməsi ilə sahənin tənzimlənməsində boşluq yaranıb və yeni qanunun qəbuluna ehtiyac var. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğun olaraq, istilik enerjisinin istehsalı, paylanması (o cümlədən ötürülməsi), satışı və istehlakı ilə bağlı istilik təchizatı subyektləri, istehlakçılar və istilik təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyir, istilik təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.
Qanun istilik və isti su təchizatı məqsədilə istilik enerjisinin istehsalı, paylanması və satışı funksiyasını həyata keçirən istilik təchizatı subyektlərinə, istehlakçılara, dövlət orqanlarına (qurumlarına), o cümlədən tənzimləyiciyə şamil olunur. İstehlakçının (layihələndirmə zamanı fərdi istilik sistemlərinin quraşdırılması nəzərdə tutulan çoxmənzilli yaşayış binalarının mənzillərində, yaşayış evlərində, qeyri-yaşayış təyinatlı tikinti obyektlərində) istilik enerjisinə tələbatın qarşılanması üçün fərdi istilik sistemləri quraşdırması və onun istismarı ilə əlaqədar münasibətlər digər normativ hüquqi aktlarla tənzimlənir.
Yeni qanunun qəbulu ilə istilik təchizatı sektorundakı fəaliyyət növlərini (istilik enerjisinin istehsalı, istilik enerjisinin paylanması, istilik enerjisinin satışı) həyata keçirən subyektlərin formalaşması nəzərdə tutulur. İstilik təchizatı sektorunun subyektlərinin (istehsalçı, paylayıcı, satıcı) digər fəaliyyətlə (fəaliyyətlərlə) məşğul olmasına hər hansı məhdudiyyət tətbiq edilmir.
İstilik təchizatının etibarlılığı və təhlükəsizliyi, idarəetmə və tənzimləmənin effektivliyi və şəffaflığı, istilik təchizatı subyektlərinin şəbəkədən, o cümlədən təbii inhisar subyektinə məxsus şəbəkədən bərabər və ayrı-seçkiliyə yol verilmədən istifadə imkanının yaradılması, qabaqcıl texnologiyalar və mütərəqqi təcrübə əsasında dayanıqlı inkişafının təmin edilməsi qanunla müəyyən edilən istilik təchizatı sektorunda dövlət siyasətinin əsas prinsipləri hesab olunur.
Hazırlanmış layihə enerji təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitə zərər vurulmaması, enerji resurslarından səmərəli istifadə edilməsi şərtləri rəhbər tutularaq istehlakçıların etibarlı və təhlükəsiz enerji ilə təchiz edilməsi kimi nəticələrin əldə edilməsinə imkan verəcək. Bunun üçün layihədə istilik təchizatı sahəsinin tənzimlənməsində dövlət orqanlarının səlahiyyətləri, istilik təchizatı subyektlərinin hüquq və vəzifələri dəqiq müəyyən edilib.
Normativ hüquqi aktın qəbul edilməsinin ehtimal olunan nəticələri aşağıdakı kimi proqnozlaşdırılır:
- mərkəzi istilik təchizatı sistemlərindən istifadənin genişləndirilməsi;
- özəl investisiyaların və davamlı iqtisadi inkişafın dəstəklənməsi;
- əlverişli investisiya mühitinin yaradılması;
- rəqabət mühitinin formalaşdırılması, inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması;
- istehlakçıların hüquqlarının müdafiəsi;
- bərpa olunan enerji mənbələrindən istifadənin stimullaşdırılması və inkişaf etdirilməsi, enerji resurslarından səmərəli istifadənin təşviq edilməsi;
- istilik təchizatı subyektlərinin effektiv fəaliyyətinin, həmçinin istilik təchizatı sektorunda keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi.
Layihənin qəbul edilməsi ilə əlaqədar qüvvədə olan Nazirlər Kabinetinin 2023-cü il 5 dekabr tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları” ləğv edilməlidir.
Layihənin qəbul edilməsi ilə əlaqədar Nazirlər Kabinetinin qərarları ilə təsdiq olunması nəzərdə tutulan “İstilik enerjisindən istifadə qaydaları”, “Çoxmənzilli yaşayış binaları layihələndirilərkən layihələrində hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallar”, “İstilik təchizatı obyektlərinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”, “İstilik qurğularının quraşdırılması qaydaları”, “istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”, “İstilik qurğularının texniki istismar qaydaları” hazırlanmalıdır. Bununla yanaşı, Tənzimləyici tərəfindən “Monitorinq qaydaları”, “kommersiya uçotu qaydaları”, “Şəbəkədə istilik enerjisi itkilərinin hesabat dövrü üçün normativ göstəricilərinin müəyyənləşdirilməsi qaydaları”, “İstilik təchizatı sektorunda tənzimlənən qiymətlərin (tariflərin) müəyyən olunması qaydaları” təsdiqlənməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://apa.az
archiveBu xəbər 23 Aprel 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see257

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see227

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see225

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see214

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see206

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see199

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see175

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see162

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see153

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see151

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see150

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri