Icma.az
close
up
RU
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Yanvarın 16-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Hicran Hüseynova yeni sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Newscenter.az xəbər verir ki, komitə sədri, əvvəlcə, regionda və dünyada baş verən ictimai-siyasi proseslərdən, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımızın mənafeyi naminə dövlətimizin maraqlarının qorunması, regionda sülhün bərqərar olması istiqamətində görülən məqsədyönlü işlərdən danışıb.
Sonra Hicran Hüseynova iclasın gündəliyində duran məsələləri – 2025-ci ilin payız sessiyası dövründə Ailə, qadın və uşaq məsələləri komitəsində görülən işlər barədə hesabatı və komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsini təqdim edib.
O, diqqətə çatdırıb ki, 2025-ci ilin payız sessiyası ərzində Ailə, qadın və uşaq məsələləri komitəsinin 13 iclası keçirilib, 15 məsələyə baxılıb. Sessiya müddətində 5 qanun layihəsi, o cümlədən 1 qanun layihəsi bir oxunuşda, 4 qanun layihəsi üç oxunuşda müzakirə edilib. Bu sənədlər ailə institutunun möhkəmləndirilməsinə, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində hüquqi bazanın təkmilləşdirilməsinə mühüm töhfələr verəcək.
Qeyd olunub ki, sessiya ərzində komitədə ölkəmizdə səfərdə olan xarici nümayəndə heyətləri ilə bir sıra görüşlər keçirilib. Bununla yanaşı, komitənin sədri və üzvləri "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilmiş respublika əhəmiyyətli və beynəlxalq səviyyəli forum, konfrans, simpozium, dəyirmi masa və digər tədbirlərdə təmsil olunublar. Həmçinin, komitə üzvləri maarifləndirmə tədbirləri çərçivəsində ölkənin ictimai-siyasi gündəmi, qəbul olunmuş qanunların əhəmiyyəti, ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə mübarizə, erkən nikahların qarşısının alınması və digər mövzularla bağlı mətbuatda, sosial mediada müsahibələrlə çıxış ediblər.
Nəzərə çatdırılıb ki, ötən sessiya dövründə vətəndaşlardan daxil olmuş ərizə və məktublara komitədə baxılıb və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti təşkilatlara göndərilib. Müraciətlərdə qaldırılan bir sıra məsələlərlə bağlı müvafiq icra strukturları ilə əlaqə saxlanılaraq həllinə nail olunub. Seçicilərlə həm Milli Məclisdə, həm də yerlərdə mütəmadi görüşlər keçirilib, lazımi izahatlar verilib.
Ailə, qadın və uşaq məsələləri komitəsinin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsini təqdim edən Hicran Hüseynova bildirib ki, bu sessiya müddətində ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsinin daha da gücləndirilməsi sahəsində aktual mövzularla bağlı ictimai dinləmələrin keçirilməsi planlaşdırılır. O, keçən ilin dekabr ayında “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın hazırlandığını söyləyərək, ölkədə gender bərabərliyinin təmin olunması istiqamətində əsaslı addımların atıldığını, o cümlədən normativ hüquqi bazanın formalaşdırıldığını, institusional mexanizmlərin yaradıldığını deyib. Komitə sədri, bununla yanaşı, müasir çağırışlar fonunda bu sahədə mövcud qanunvericiliyin daha da təkmilləşdirilməsinə ehtiyac duyulduğunu bildirib. Həmçinin, uşaq hüquqlarının müdafiəsi ilə bağlı məsələlərə dair müzakirələrin nəzərdə tutulduğunu qeyd edib. O, eyni zamanda, müvafiq qanunların icrası ilə bağlı görüşlərin keçirilməsinin vacibliyindən danışıb.
Gündəlikdəki məsələlərin müzakirəsi zamanı komitənin sədr müavini Jalə Əliyeva, üzvləri İlham Məmmədov, Pərvin Kərimzadə, Sevinc Hüseynova, Mehriban Vəliyeva, Səbinə Xasayeva, Ülviyyə Ağayeva, Günay Ağamalı, Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər, öz fikir və qeydlərini açıqlayıblar.
İclasda komitənin 2025-ci ilin payız sessiyasında gördüyü işlər məqbul hesab olunub, 2026-ci ilin yaz sessiyası üçün nəzərdə tutulan iş planının layihəsi təsdiqlənib.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:29
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 16 Yanvar 2026 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see243

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see199

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see193

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see181

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see174

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see153

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see152

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see151

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see151

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see148

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see147

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see143

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see137

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see136

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see136

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see132

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see130

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri