Milli Məclisin deputatı Azər Allahverənov Zabratda vətəndaşları qəbulu edib
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Milli Məclisin deputatı Azər Allahverənov Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında qəsəbədə yaşayan vətəndaşların qəbulunu keçirib.
Qəbulda iştirak edən zabratlılar sosial rifahının yaxşılaşdırılması, bəzi məhəllələrdə küçələrin asfaltlanması, məşğulluq imkanlarının artırılması və digər məsələlərlə bağlı müraciətlərini ediblər.
Qaldırılan məsələlər aidiyyəti üzrə baxılması üçün müvafiq qaydada qeydə alınıb. Qəbulda iştirak edən vətəndaşların diqqətinə çatdırılıb ki, hər bir məsələyə ayrı-ayrılıqda baxılacaq və onların həll olunması istiqamətində zəruri addımlar atılacaq, aidiyyəti üzrə dövlət qurumlarına müraciətlər göndəriləcəkdir.
Müvafiq qurumlara ediləcək bütün müraciətlər barədə vətəndaşlar aidiyyəti üzrə məlumatlandırılacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 14 Dekabr 2024 21:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















