Milli Məclisin deputatı Nigar Məmmədova şəhid ailəsini ziyarət edib
Icma.az, Ses qazeti saytına istinadən bildirir.
Milli Məclisin deputatı Nigar Məmmədova Abşeron rayonunun Hökməli qəsəbəsində Vətən müharibəsi şəhidi Balaş Cəfərovun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.
Görüşdə millət vəkili 44 günlük Vətən müharibəsində misilsiz şücaət göstərən şəhidlərin mənalı ömür yolunun gənc nəsil üçün örnək olduğunu bildirib. O, rəşadətli Azərbaycan Ordusunun Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli torpaqlarımızı azad edərək tarixi Zəfərə imza atdığını qeyd edib.
Şəhidin ailə üzvləri bu kateqoriyadan olan şəxslərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnnətdarlıqlarını ifadə ediblər.
Baxış sayı:115
Bu xəbər 03 Noyabr 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















