Icma.az
close
up
RU
Milli Məclisin komitə sədri: Azərbaycanın yaşıl öhdəlikləri ekoloji dayanıqlığı artırmaq məqsədi daşıyır

Milli Məclisin komitə sədri: Azərbaycanın yaşıl öhdəlikləri ekoloji dayanıqlığı artırmaq məqsədi daşıyır

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 23 may, AZƏRTAC

“Yaşıl dünya, süni intellekt və müasir reallıqlar” mövzusunda keçirilən konfransın elmi əhəmiyyəti böyükdür.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov AMEA-da “Yaşıl dünya, süni intellekt və müasir reallıqlar” mövzusunda keçirilən elmi-praktiki konfransda söyləyib. Komitə sədri Milli Məclisin yaz sessiyasının gündəliyinə uyğun olaraq keçirilən tədbirin aktual mövzuya həsr olunduğunu bildirib. O, iqlim dəyişiklikləri, ekoloji böhranlar və təbii resursların azalmasını bəşəriyyətin qarşısında duran ən ciddi problemlərdən olduğunu söyləyib. Bildirib ki, atmosferin və ətraf mühitin çirklənməsi, biomüxtəlifliyin azalması, su qıtlığı, iqlim dəyişiklikləri və s. planetimizin tarazlığına birbaşa təsir edən faktorlardır.

Komitə sədri tədbirin Beynəlxalq Biomüxtəliflik Günündə keçirilməsinin təsadüfi olmadığını bildirərək, bu əlamətdar günün əsas məqsədinin dünyanın diqqətini təbii və antropogen faktorların təsirinə məruz qalan biomüxtəlifliyin qorunmasına yönəltmək olduğunu vurğulayıb.

Ulu Öndər Heydər Əliyevin təbiətin mühafizəsinə və ekoloji tarazlığın saxlanılmasına xüsusi önəm verdiyini deyən Sadiq Qurbanov qeyd edib ki, Ümummilli Lider biomüxtəlifliyin qorunmasını Azərbaycanın ekoloji siyasətinin mühüm tərkib hissəsi kimi görürdü. Böyük şəxsiyyət təbiətə qarşı edilən hər hansı zərəri yalnız ekoloji fəlakət deyil, həm də milli sərvətə qarşı hörmətsizlik kimi dəyərləndirirdi.

Prezident İlham Əliyevin Bakıda keçirilən COP29 tədbiri çərçivəsində söylədiyi “Qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaratmaqdadır” sözlərini xatırladan Sadiq Qurbanov hazırda ölkəmizdə ekoloji təhlükəsizliyi təmin etmək və təbii sərvətlərdən səmərəli istifadə etmək üçün rəqəmsal texnologiyaların tətbiqinin genişləndirildiyini vurğulayıb. Bildirib ki, xüsusilə Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonaları” elan edilməsi bu istiqamətdə atılmış mühüm addımdır.

“Azərbaycanın yaşıl öhdəlikləri ekoloji dayanıqlığı artırmaq, karbon emissiyalarını azaltmaq və bərpaolunan enerji mənbələrindən istifadəyə keçidi sürətləndirmək məqsədi daşıyır”, - deyən komitə sədri ölkəmizin bu sahədə bir sıra beynəlxalq və milli təşəbbüslərə qoşulduğunu söyləyib. Vurğulayıb ki, Azərbaycan 2030-cu ilə qədər istilik effekti yaradan qaz emissiyalarını 35 faiz, 2050-ci ilədək isə 40 faiz azaltmağı hədəfləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri