Milli Məclisin nümayəndə heyəti Ankarada Atatürkün məqbərəsini və Heydər Əliyev parkını ziyarət edib
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankaraya səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, dekabrın 3-də Azərbaycan parlamentariləri Türkiyə Cümhuriyyətinin qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət ediblər. Dövlət xadiminin xatirəsinə əklil qoyulub. Milli Məclisin komitə sədri Səməd Seyidov fəxri qonaqlar kitabında ürək sözlərini yazıb.
Daha sonra nümayəndə heyəti Heydər Əliyev parkında olub.
Azərbaycan dövlətçiliyinin memarı, Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyulub. Səfər çərçivəsində Milli Məclisin nümayəndə heyəti Türkiyə, Azərbaycan və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələri üzvlərinin üçtərəfli görüşündə iştirak edəcək.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 03 Dekabr 2024 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















