Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Milli Məclisin plenar iclasında 13 məsələ müzakirə edilib

Milli Məclisin plenar iclasında 13 məsələ müzakirə edilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 10-da Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan parlamentin sədri Sahibə Qafarova Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyətinin oktyabrın 1-dən 3-dək Cənubi Afrika Respublikasının Keyptaun şəhərində işgüzar səfəri barədə məlumat verib.

Sonra plenar iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Komitə sədri Zahid Oruc, deputatlar Vasif Qafarov, Günay Əfəndiyeva, Hikmət Məmmədov, Elman Nəsirov, Rəşad Mahmudov, Tural Gəncəliyev, Razi Nurullayev, Əli Məsimli, Ceyhun Məmmədov, Səyyad Aran çıxış ediblər.

İclasda parlamentin sədri deputat Ramil Həsənin Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi seçildiyini diqqətə çatdırıb.

Sonra parlamentin sədri Sahibə Qafarova iclasın gündəliyinə 13 məsələnin daxil edildiyini bildirib. O, ilk dörd məsələnin bir oxunuşda qəbul ediləcək qanun layihələri olduğunu söyləyib.

Parlamentin Hüquq siyasət və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

Müzakirələrdə deputatlar Sahib Alıyev, Hikmət Məmmədov, Aydın Mirzəzadə fikirlərini bölüşüblər, bəzi təklif və qeydlərini səsləndiriblər. Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, komitə sədri Əli Hüseynli qaldırılan məsələlərə aydınlıq gətiriblər.

Qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

Komitə sədri bildirib ki, "Yetkinlik yaşına çatmayanlarınişləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Qanunda dəyişiklik edilməsi haqqında" 2024-cü il 27 dekabr tarixli Qanuna əsasən, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların adı dəyişdirilərək uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar kimi müəyyən olunub. Həmçinin komissiyaların səlahiyyətlərində müvafiq dəyişikliklər edilərək, himayədar ailəyə verilmiş uşaqlar, habelə Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar istisna olmaqla, digər hallarda uşaqlar üzərində qəyyumluq və himayəçilik orqanının funksiyaları komissiyalara həvalə edilib. Bununla əlaqədar bir sıra qanunlarda uyğunlaşdırma və dəqiqləşdirmə xarakterli dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov sənəd barədə bu komitələrin müsbət rəylərini səsləndiriblər.

Deputat Günay Ağamalı məsələ ilə bağlı öz fikirlərini açıqladıqdan sonra, qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumat verib. O, qeyd edib ki, bu qanun layihəsi mülki müqavilələr əsasında kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mövsümi işlərə cəlb edilən fiziki şəxslərin əməyinin ödənilməsi mexanizmini tənzimləyir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin mahiyyəti barədə danışıb.

Deputat Məlahət İbrahimqızı məsələyə münasibət bildirdikdən sonra, qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti 7 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu qeyd edib. O, növbəti məsələnin “Dövlət xidmətləri haqqında” qanun layihəsi olduğunu söyləyib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Dövlət xidmətləri haqqında” qanun layihəsini birinci oxunuşda təqdim edib. O bildirib ki, qanun layihəsi “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində hazırlanıb.

Komitə sədri Fazil Mustafa, deputatlar Aydın Mirzəzadə, Nigar Məmmədova sənəd barədə fikirlərini, bəzi qeyd və təkliflərini açıqlayıblar. Deputat Kamal Cəfərov qaldırılan məsələlərə münasibət bildirib.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

İclasda iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev son illər ərzində ASAN xidmət tərəfindən görülən işlər barədə məlumatı diqqətə çatdırıb. O, hazırda BMT tərəfindən ASAN xidmətin dövlət xidmətləri sahəsində ən yaxşı model kimi qiymətləndirildiyini və 30-dan çox ölkəyə ixrac olunduğunu, 6 ölkədə isə ASAN xidmət əsasında mərkəzlərin fəaliyyət göstərdiyini bildirib. O, Prezident İlham Əliyevin ASAN xidmət qarşısında qoyduğu vəzifələrin uğurla həyata keçirildiyini və bir çox nailiyyətlərin əldə edildiyini vurğulayıb.

Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsini (birinci oxunuş) təqdim edib. Komitə sədri, əvvəlcə daxili qoşunların hərbi qulluqçularının Birinci Qarabağ Müharibəsində və 44 günlük Vətən müharibəsindətorpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına vuruşduğunu diqqətə çatdırıb.

Arzu Nağıyev bildirib ki, hal-hazırda ölkəmizin daxili qoşunlarının hüquqi statusu 1994-cü il 8 fevral tarixində qəbul edilmiş "Daxili qoşunların statusu haqqında" Qanunla tənzimlənir. Təklif olunan yeni qanun layihəsində daxili qoşunların funksiyaları və səlahiyyətləri daha da təkmilləşdirilərək müasir təhlükəsizlik çağırışlarına uyğunlaşdırılıb. Nəzərə çatdırılıb ki, qanun layihəsi preambula, 6 fəsil və 30 maddədən ibarətdir.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Fasilədən sonra iclas öz işini davam etdirib.

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Enerji resurslarındansəmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinin mahiyyəti barədə məlumat verib.

Deputatlar Səbinə Xasayeva, Aydın Hüseynov məsələyə dair öz münasibətlərini bildirdikdən sonra, qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azər Badamov “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb.

Deputatlar Razi Nurullayev, Göydəniz Qəhrəmanov məsələ barədə öz fikirlərini söylədikdən sonra, qanun layihəsi birinci oxunuşda qəbul edilib.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Cinayət-Prosessual Məcəllədə, Cəzaların İcrası Məcəlləsində və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, müzakirəyə çıxarılan layihənin Prezident tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edildiyini, Vəkillər Kollegiyasının fəaliyyətinin əsaslarını təkmilləşdirmək məqsədilə hazırlandığını nəzərə çatdırıb.

Məsələ ilə bağlı çıxış edən parlamentin komitə sədrləri Siyavuş Novruzov, Fazil Mustafa, Zahid Oruc, deputatlar Aydın Mirzəzadə, Erkin Qədirli qeyd və təkliflərini səsləndiriblər. Deputat Bəhruz Məhərrəmov müzakirələrdə qaldırılan bəzi məqamlara aydınlıq gətirib.

Parlamentin sədri Sahibə Qafarova Vəkillər Kollegiyasının Milli Məclislə sıx əməkdaşlıq etdiyini bildirib, Vəkillər Kollegiyasının üzvləri tərəfindən mütəmadi olaraq rayonlarda vətəndaşlara hüquqi yardım göstərildiyini deyib.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov da qanun layihəsinin mühüm əhəmiyyəti barədə söhbət açıb.

“İpoteka haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məlumat verib.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Növbəti məsələni - Cinayət Məcəlləsində dəyişiklikedilməsi haqqında qanun layihəsini (birinci oxunuş) Hüquqsiyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə təqdim edib.

Gündəliyin on ikinci məsələsi - “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikincioxunuş) Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov təqdim edib.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Gündəliyin sonuncu məsələsi olan Vergi Məcəlləsindəvə “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsibarədə qanun layihəsini (ikinci oxunuş) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov təqdim edib.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:292
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Oktyabr 2025 20:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see617

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see293

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see285

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see273

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see269

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see260

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see239

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see235

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see234

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see228

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see221

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see218

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see207

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see196

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see195

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see195

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see194

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see185

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see171

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri